“Ərdəbilli şagirdlər məktəblərdə soyuğun qucağında”

“Ərdəbilin qışı iki həftə öncədən 20 dərəcə şaxta ilə başlayıb, lakin bəzi kənd məktəblərində qızdırıcı sistem yoxdur. Bölgə şagirdləri bu ili də məktəblərin soyuq şəraiti ilə üzləşib”- deyə jurnalist Venus Behnudun Mehr xəbər agentliyində yayılmış Ərdəbilli şagirdlər məktəblərdə soyuğun qucağında başlıqlı reportajında qeyd edilib.

Yarı-rəsmi Mehr xəbər agentliyi həmçinin məktəblərdə istifadə edilən sobaların təhlükəsizlik standartlarını qarşılamadığına diqqət çəkib:

“Ötən il Xiyav şəhərində baş verən məktəb yanğınından sonra Ərdəbil vilayəti təhsil idarəsinin sədri sobaların standartlaşdırılmasına dair söz vermişdi, ancaq şaxtalar başlanmış və göründüyünə görə problem hələ də həll edilməyib.”

“Məktəblilər üçün ilkin imkanların təmin edilməməsinin səbəbi nədir? Vəsaitin az olması ya zəif idarəetmə? Bu suala bir cavab tapılmır,” deyə Venus Behnud əlavə edib.

Ötən ilin dekabr ayında Qərbi Azərbaycan vilayətində Xana şəhərinin yaxınlığındakı Şinabad kəndində baş verən məktəb yanğınında azı iki şagird vəfat edib, təxminən 30 məktbli ağır xəsarət almışdı.

VOA

Share/Save/Bookmark