“Azərbaycan Türk deyil” adlı kitab Təbrizdə qalmaqal yaradıb

Təbriz Beynəlxalq Kitab Sərgisində satışa çıxarılan “Azərbaycan Türk deyil – Türkdillidir” adlı kitabın qalmaqala səbəb olduğu bildirilir.azerbaycan_turk_deyil

Azərbaycan veb səhifələri, o cümlədən Təbriz Səsi və Günaz TV-nin yaydığı məlumata görə, kitab sərgisinə gələn çox sayda ziyarətçi kitabın nümayişinə etiraz ediblər.

Kiyamehr Firuzinin yazdığı 103 səhifəlik “Azərbaycan Türk deyil – Türkdillidir” kitabı Tehranın Behnegar nəşriyyatı tərəfindən yayılıb.

Kitabın məzmunu arxa cildində belə açıqlanıb:

“Pantürkistlər Azərbaycanı irq və dil baxımından İrandan ayrı göstərməyə çalışırlar. Lakin gerçək budur ki, Azərbaycan İran mədəniyyətinin ayrılmaz bir parçasıdır. Azərbaycan əhalisi Arya irqindəndir və onlar 4-cü əsrə qədər farscanın ləhcələrindən olan Azeri dilində danışırdılar. Türk dili Azərbaycanda 4-cü əsrdə Səlcuqların yürüşündən sonra yayılıb…”

Share/Save/Bookmark