yaşın zunuzlu -Qadın haqlarının yaranma fəlsəfəsi

Açar sözlər: qadın hərəkatı, sosial ehtiyaclar, sosial konteksti, patriarxa

Key words: women's movement, social needs, The concept of social, Patriarchy

Milli azadlıq hərəkatı daxilində qadın hərəkatı bir oyunun mühim parçası kimidir, bir tərəfdən, bu parça olmadığı halda, oyun natamamdır, digər tərəfdən, mövcud parçaların birlikdə olmalarına baxmayaraq, tələblərin təkmilləşdirilməsi üçün bu mühüm parça olmadan son məqsədə nail olmaq qeyri-mümkündür.

Qadın hərəkatı oyununda mühüm rol oynayan bir neçə mövzu var: sosial dəyişiklik, millətin mənfi düşüncəsinə görə dəyişilmə qabiliyyəti və insanların şüuruna təsir etmək.

Bütün bunlar sosial hərəkatlar və xüsusilə, qadın hərəkatında çox sıx görünə bilər. Bu hərəkatların, sosial hərəkatlar və bilik üçün bir dönüş nöqtəsi olduğu qeyd və təhlil edilib.

Hazırlamış olduğum məqalə iki hissədən ibarətdir:

1. Qadın hərəkatının niyə formalaşması haqqında şərh

2. Tarixi araşdırma

Dünyanın qadın hərakatı, ilk olaraq səs vermək tələbi ilə başlamış və bir neçə illik mubarizədən sonra əldə edilmişdir. Bundan əvvəl isə qadınların bir neçəsinin siyasi hərakatlarda fəal rolları olub. Buna misal verəcək olsaq, XVIII və XIX əsrlərdə Böyük Britaniyada ərzaq iğtişaşlarında qadınların iştirakı, çartist qurupunun (1830) təmkin hərəkatı və ya 1890-1880 İşçi Partiyasının formalaşmasını ad aparmaq olar. Amma söz siyasi hüquqlara gəldikdə, şübhəsiz ki, qadınların birinci demokratik hüququ səs vermək haqqıdır.

Burada demokratiya kəliməsinin mənasını bilmək lazımdır: "Demokratiya bir hökumət sistemidir ki, qaydaları çərçivəsində müəyyən yaş həddinə çatmışlar dövlət siyasətində iştirak edə bilər."

Demokratiya anlayışına daxil ediləcək insanlar kimlərdilər?

Qadınlara yalnız səsvermə hüququna malik ola bildilər. Başqa sözlə, ötən əsrə qədər, qadın şəxsləri insan kimi hesab edilmirdi. Hətta 1975-ci ildə gender ayrı-seçkilik qanunu aradan qaldırıldıqdan sonrada, əslində bu bir çox ölkələrdə riayət olunmadı.

Kanadada, 100 ildən çox mübarizədən sonra və müxtəlif yolları imtahan etməkdən sonra, o cümlədən bildiriş yaymaq, dinc etirazlar, ictimai görüşlər və nəhayət, zorakılıq və ictimai kampaniya 1911-ci ildə başladı və 1917-ci ildə nisbi olaraq hüquq və səs haqqını qazandı.

Amerika Birləşmiş Ştatlarında, daha praktik fəaliyyəti ilə1910–cu ildə qadınlara yeni mərhələ başlandı. 1848 Sankafalz əyalətində bir Konvensiyan ilə radikal feminizm başladı. 1960-cı ildə mübarizə yeni mərhələyə daxil oldu. Ümumi sosial etirazlar, tələbə və gənclərin habelə aydın fikirlərin qatılması onun xüsusiyyəti sayılır. Dünya müharibəsinin başlanması bir tərəfdən, digər tərəfdən, bu kampaniyanın işə başlanması Amerika hökumətini zəiflətmək üçün yaxşı bir bəhanə idi.

Öz ölkəsində demokratiyanı qorumayan dünya ölkələrində demokratiya və bərabərliyin həyata keçirilməsi mümkün olacaqmı? Nəhayət, qeyri-zorakı təzyiq altında Amerika prezidenti Vilson, 1920-ci ildə qadınların seçki hüququ dəyişikliyini təmin edilməsin qəbul etmişdir.

1867-ci ildə İngiltərədə ilk Milli Qadın seçki hüququ safroset adında icad edildi. 20-ci əsrdə qadınlar ilk olaraq səs haqqı istəyini tələb etdilər. Diplomatlar bu istəyə qarşı çıxıb, bu istək ailələrin dəngəsin pozub, dagılmasına səbəb olub siyasət dunyasında mənfi etgi buraxacaq dedilər. Nəhayət, təzyiq altında İngiltərə 1918-ci ildə qadınların səs haqqına sahib olmaqlarına razılıq verdi.

Digər misal Əlcəzair dövlətidir, bu müsəlman ölkədə, Cəmilə Paşa, İbn Əli və Hassiba kimi qadınlar tərbiyə edilmişdir. Qadınlar ƏlCezayir ölkəsində kişilərlə ölkələrinin ölkələrinin azadlığa uğramağı üçün mubarizə aparmışdirlar.

Belə inqilabi və hərbi qadınlar ki təcrübədə özlərini bərabərliyə layiq göstərmişdilər daha böyük bir imperializmilə rastlaşmışdılar, cinsi imperialism.

yeni qadın hərəkatı Əlcəzayirdə başlandı! 4 dəfə qanunlar dəyişildi, amma qadın haqlarının qarşısında sükut olundu! Nəhayət, 1962-ci ildə Əlcəzairdə qadınlara seçki hüququ verilmişdir.

Kubada, qadın hərəkatı real həyatda yaranan bərabərsizliklər nəticəsində yarandı, Kubada qadınlar bir çox saat işləmək məcburiyyətində olub Hər hansı bir sahədə ayrı-seçkiliyə məruz qalmışdırlar.

Bu ziddiyyət iqtisadi inkişafdan dolayı 1959-ci ilə qədər aydın deyildi. Latın Amerikasında ilk dəfə Kuba imperializm zəncirlərini qıra bildi, amma cinsi imperializmdən qurtara bilmədi.

1934-ci ildə Kuba Qadın haqları müdafiəçiləri Fidel Castronun dəstək və himayəsinin altında və Vilma Espinin misilsiz rəhbərliyi ilə (Kuba Qadın Federasiyasının lideri) səsvermə hüququ qazanmışdı.

Nəhayət, Osmanlı Türkiyəsi dövründə çoxarvadlılıq və boşanma haqqı ilə qadın haqları Türkiyə Respublikasının qurulmasından sonar başlandı. bu fəaliyyətlərin başlanışı Mustafa Kamal Paşa (Ata Türk) hakimiyyətindən sonraya qayıdır. Dövlət öz qadınlarına1934-ci ildə səsvermə hüququna layiq olduğunu söylədi.

1918-ci ildə Azərbaycan Prezidenti Məhəmməd Əmin Rəsulzadə zəmanında, Qadın İslam cəmiyyətlərinin içində ilk dəfə səsvermə hüququ qadınlara verilmişdir.

Qadın hərəkatı bir sosial ehtiyac kimi

Qadın hərəkatı tarıx boyu, çox fərqlı bölmələri olmuşdur, o sıradan liberal və marksist yanaşmalar. Qadınlar üçün yaradılmış hərəkat tamamilə iqtidar ideologiyasının təsiri altında qalıb.

Bu fərqlərinin bir çox səbəbləri ola bilər, amma şübhəsiz ki, bu suala ən original cavabı bir tərəfdən, "sosial ehtiyaclar" və digər tərəfdən "sosial konteksti" dir; Bu tələblər öz sosial sahəsində yerinə yetirilməyən zaman qədər, belə fərqili bölümləri görəcəksiniz.

Maslow-nin piramidasında Fiziki ehtiyaclar və təhlükəsizliyin yaranmamasından sonar şərəf və prestij və özünü tasdiq etmə ehtiyacları yerləşir. Üçüncü kateqoriyada insanin quruplarda üzv olmasi, Dostluqlar, quruplarda iştirak etmək, Əməkdaşlıq fəaliyyəti, nikah və...önəmlidir.

Lakin, xüsusilə üçüncü dünya ölkələrində hakim olan zəhərli atmosfer və təcrid nəticəsində, qadınları nəzarət altında almaq, qadınların evin arxa otağında saxlanılması və onlari yüksək səviyyədə olan sosial, mədəni və strateji sahələrdə alınmamasına əngəl olmaq və...onlarin inkişafına böyük bir manə yaradır.

Aydındır ki, belə zalım şəraitdə qadınlar üçüncü ehtiyacları adlanan niyazı yerinə doğru şəkildə yetirə bilməyəcəklər.

Belə bir vəziyyət acı bir psixoloji durumun ortaya gəlməsinə səbəb olub, Bəzi radikal feministlər kimi Kötük və bəzən məntiqsiz davranışlara sonuclanacaq.

"Raymond Shamv" ehtiyacları, şəxsiyyət və psixoloji ehtiyaclarına ayırdı. Bu kateqoriyada qadınların inkişaf və təkamülü tələb olunsada, onlarin Kişi suveren sisteminin altında sınmağına işarə edir.

Hər bir patriarxal system qadınların həyatının bütün aspektləri və qadınların Ədalətsizlik bir hayatlarına səbəb olan əsas nədəndir.

sosial sistem hər iki cinsin iştirakı üçün uyğun bir atmosfer yaratmaq yerinə, Daim qadınların əməkdaşlıq və iştirakı sahələrin azaldıb Və onlardan alınan həməm yeri kişilərə verməyə çalışıb.

Belə olan halda, qadın problemilərini həll edib sosial ehtiyacını yerinə yetirmək istəyən qadınlar, psixoloji ehtiyaclar, şəxsiyyət və zorakılıqsız yaşamaq üçün ictimai-siyasi hərəkat yaratmağa başlayırlar.

Qadın Hərəkatı özluyundə ictimai bir hərəkat olsa da, kişilərin maraqları ilə münaqişədə olduğu üçün, bir siyasi hərəkata çevrilir. Ənənəvi düşüncə (müasir olmayan), dini (dünyəvi olmayan) və fikir və şəxsi (liberalizm) azadlığına inanmadığından dolayı durum dahada ağırlaşa bilər.

Hegelin bu prinsipinə görə, ki, hər şey öz antisini öz içində becərdir, Feminist hərəkatının yaradılmasındada aynı halət hakimdir. əgər bir Ölkədə fərdi azadlıqlar azaldılsa həmin ölkədə Liberal feministlər baş qaldıracaq. Iqtisadi təzyiq olan ölkə Marksist feministlərin baş qaldırılmasına səbəb olacaq, ölkədə faşist millətçilik və irqçilik olsa ər və ya gec milli feminist yaranacaq.

Yaranan sual budur, indiyə qədər Dünyanın qadın hərəkatı tarixində fəaliyyət göstərən qadınlar və ya qruplar təkcə feminist olub marksizm, liberalizm, sosializm və ya hər hansı digər fikirlərə bağlı olmayaraq çalışmaları nə qədər gərçəkləşib ?

Hansı ölkədə tarıx boyu qadın haqları ölkənin ictimai tələbləri, ehtiyaclarını və hüquqlarını nəzərə almadan işə başlayıb?

Rosa Luxemburq və Clara Zetkin marksist-feminist, Siminde Beauvoir feminist Agzystansialit, Nayyereh tohidi və Afsaneh Najmabadi İslamçı feministlər, Betty Friedan və Jessie Bernard liberal feministlər, Germaine Greer radikal feminist və ... bu millətin feminist olaraq siyasi bir düşüncə sahibi olduqlarınıda göstərirş

Heç bir ölkədə qadın hərəkatı, sənaye və ya qeyri-sənaye, inkişaf edib vəya etməmiş ölkələrdə qadınlar ən təbii hüquqları almaq üçün illərlə mübarizə aparılıb. O üzdən qeyd etmək vacibdir ki, qadın haqları heç bir ölkədə fundamental dəyişiklik olmadan əldə edilməyib.

Rusiya inqilabı, Fransa inqilabı, AtaTürk Demokratik Partiyası və yüksəlişi mövcud ictimai-siyasi sənətkarlıq və s. bunun haq olduğunu isbat edə bilər.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

1- Qurane kərim

2- ACAR, Feride, “Kadınların İnsan Hakları Hukuku”, İnsan Hakları Hukuk ve Kadın, Hazırlayan, B. V. Dinçkol, İstanbul Ticaret Üniversitesi Yayınları, İstanbul, 2003

3- AKINCI, Şahin “Medeni Kanunda Kadın ve Aile”, Gazi Üniversitesi Hukuk Fakültesi Dergisi, Cilt. 8, Sayı: 1-2. Haziran-Aralık, Ankara, 2004.

4- ARIDEMİR-GENÇ, Arzu, “Aile Hukuku Bakımından Önem Taşıyan kadın Haklarına İlişkin Uluslar arası Belgeler ve Bunların Türk Hukukuna Etkisi” Prof. Dr. Necla Arat’a Armağan, İstanbul Kadın Kuruluşları Birliği Yayınları, İstanbul, 2004.

5- BAŞPINAR, Veysel, ”Türk Medeni Kanunu İle Aile Hukukunda Yapılan Değişiklikler ve Bu Konuda Bazı önerilerimiz”, Ankara Üniversitesi Hukuk Fakültesi Dergisi C. 52, sayı. 3, 2003.

6- DEMİR, Zekiye, Modern ve Postmodern Feminizm, İz yayıncılık, İstanbul, 1997.

7- GÜMÜŞ, mustafa alper: turk medeni kanununun getirdiği yeni şerhler, Istanbul 2007.

8- PETEK, hesen: medeni usul hukukunda hakim olan ilkeler ışığında boşanma davaları, izmir baroso dergisi, S.2, 2000, S 25-40.

9- TÜRKER, Gökçen, Türk Medeni Kanunu’nda Aile Konutu, Yayınlanmamış Yüksek Lisans Tezi, Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü, Özel Hukuk (Medeni Hukuk) Anabilim Dalı, 2005.

10- VELI DEDEOĞLU, hıfzı veldet: türk medeni hukuku, C.II, aile hukuku, Istanbul 1965.

11- imami, seyyed hüsen: mədəni huquq, tehran universiteti, 1381.

Qadın haqlarının yaranma fəlsəfəsi

Xulasə

Qadın hərəkatı başlanışda qadın və kişilərin bərabərliyini qeyri-bərabər bir cəmiyyətdə qurmaq istədi, halbuki mövzu daha dərin idi. Lakin məqsəd kişilərin əli ilə sosial səbəblərdən yaranan bərabərsizlik təməllərini məhv etməkdir. Həmən səbəb ki, İngiltərə onu qadınların tarix boyu təzyiq altında qalmaqlarınin səbəbi bilir.

Halbuki patriarxal sistemi tarix boyu qadınların şəxsiyyət və hüquqlarına düzəlməz zərbələr vurub. o üzdən qadın haqları sadə qadınların sosial və siyasi hüquqlarının əldə edilməsinə etiraz etmək deyil, Bəlkə hər türlü ayrı-seçkiliyin köklü aradan qaldırılması hədəf tutulmalıdır.

Qadın hərəkatı əsas bir hərəkat olmalıdır, əks halda, təkcə hegemon sisteminin qarşısında zahiri bərabərligə razılıq verilməlidir, halbuki qadın hərəkatı həmən hegemonu sistemin aradan qaldırılmasını tələb etməlidir. Belə bir dərin fikir yalnız qaydaları və təməlləri dəyişməyib, mülahizələr,dəblər, ənənələr və qeyri-bərabər nə yaradılıbsa, onu dəyişməyə başlayır.

Summary

The women’s movement has always sought to bring about equality among the men and the women in an unjust society however it should have followed a deeper aim, namely to eliminate the roots of inequality which have been fund thousands of years ago either by men or other social reasons, precisely the reasons that Engels knows them as the reasons of historical decline of women.

While the patriarchal system has harmed women’s character and rights in an irrecoverable way, women’s objection could not and should not be with political and social goals, rather with the demand of eliminating the roots of such discriminations.

The women’s movement must be a fundamental movement, otherwise it would be satisfied with superficial equality with a dominating system, nevertheless the women’s movement is seeking to overthrow these bases. Such a deep view does not only change the rules but the view and traditions, judgments and customs and all that are forming an unjust system.

https://www.facebook.com/yashin.zunuzlu/posts/738665196248994?ref=notif&notif_t=like_tagged

Share/Save/Bookmark