Cənubi Azərbaycanda 3 nəfər asılıb

İranın xəbər agentlikləri Şərqi Azərbaycan vilayətinin Binab şəhərində 12 yaşlı bir qızın qətli ittihamı ilə mühakimə edilmiş 3 kişinin əhalinin gözləri önündə dar ağacından asıldığını bildirir.edam_iran

Fars xəbər agentliyinə istinadən, asılanlar keçən ilin sentyabr ayında Seyyidə Zəhra Bədihi adlı qız uşağını qaçırıb, sonra onu sərbəst buraxmaq üçün ailəsindən 1,5 milyon avro istəyiblər. Hadisədən 5 gün sonra polis tərəfindən tutulan şəxslər qızı öldürdüklərini etiraf edib.

“Qisas” cəzası ilə məhkum edilən 3 cinayətkar yanvarın 21-də Binab əhalisinin gözləri önündə dar ağacından asılıb. Bu barədə məlumat yayan yerli saytların nəşr etdiyi şəkillərdə edam səhnəsi ətrafında böyük bir izdiham müşahidə olunur.

Amnesty International-ın yaydığı bəyanatlarda son illərdə xalqa açıq şəkildə tətbiq edilən edam hökmləri İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Somali ölkələrində müşahidə olunub.

“İran rəsmilərinin əhalini qorxutmaq hədəfi ilə ortaya çıxardığı bu görüntülər sadəcə qurbanları dehumanizasiya etdirməklə qalmır, bəlkə hadisəyə şahid olan digər insanları da qəddarlaşdırır,” deyə Amnesty International keçən illərdə nəşr etdiyi bəyanatda İranda xalqa açıq edam səhnələrini təsvir edib.

Share/Save/Bookmark