Behbud Quluzadə Təbriz zindanına göndərilib

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının (Yeni GAMOH)Behbud_Quluzade veb səhifəsinə istinadən, ötən bir ildə müalicə məqsədli məzuniyyətdən istifadə edən təşkilatın mərkəzi şurasının üzvü Behbud Quluzadə tibbi ekspertizanın rəyinə rəğmən Təbriz zindanına geri göndərilib.

Prostat və böyrək xəstəsi olan Quluzadənin məzuniyyətdə olduğu zaman hər həftə iki dəfə xəstəxanaya müraciət etməli olduğunu qeyd edən Yeni GAMOH saytı tibbi ekspertizanın məhbusun hələ də ixtisaslaşmış həkimə ehtiyacı olduğuna dair rəyinə baxmayaraq, prokurorun məzuniyyəti uzatmaqdan imtina etdiyini bildirib.

Əslən Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərindən olan milli fəal iki gün öncə Təbrizin mərkəzi zindanına geri dönüb.

2012-ci ilin dekabr, 2013-cü ilin yanvar və fevral aylarında Ettelaat məmurları tərəfindən həbs edilmiş Yeni GAMOH liderləri Behbud Quluzadə, Yürüş Mehrəlibəyli, Mahmud Fəzli, Lətif Həsəni və Şəhram Radmehr “qeyri-qanuni təşkilat qurmaq” və “İran İslam Respublikasına qarşı təbliğat aparmaq”da ittiham edilərək hər biri 9 il müddətinə həbsə məhkum edilib.

Share/Save/Bookmark