Abbas Lisani Şiraz zindanına sürgün edilib

Hüquq müdafiəçiləri tanınmış fəal və siyasi məhbus Abbas Lisaninin naməlum səbəblər üzündən Ərdəbil zindanından Şiraz zindanına sürgün edildiyini bildirirlər.

Abbas Lisani 2011-ci ildə Urmiyə Gölü ilə bağlı kütləvi etirazlara qatıldığına görə İran İnqilab Məhkəməsi tərəfindən məhkum olduğu bir illik həbs cəzasını çəkmək üçün iyul ayında Ərdəbil zindanına göndərilib.

Yayılan məlumata istinadən, Abbas Lisani ötən günlərdə aclıq aksiyasına başlayaraq noyabrın 9-dan bəri Azərbaycan vilayətləri və İranın digər bölgələrində türklərin kütləvi etirazlarına qatılıb. Oyan News saytına istinadən, güneyli fəalın həyat yoldaşı onun Şiraz zindanında da aclığa davam etdiyini bildirib.

Türk fəalın xanımı Ruqəyyə Əlizadə sentyabr ayında Amerikanın Səsinə müsahibədə həyat yoldaşının məhkəmə və Ərdəbil zindanı məsulları tərəfindən sürgün edilməklə təhdid edildiyini bildirmişdi.

Share/Save/Bookmark