QUZEY KIBRIS TÜRKİYƏNİN GÖZ BƏBƏYİDİR

AZOH: Türkiyə yavru vətən Kıbrısın su ehtiyacını ödəyəcək layihəyə imza atır. Mersinin Anamur qəsəbəsində təməli qoyulan Alakörpü bəndi və 107 kilometrlik boru xətti ilə Quzey Kıbrıs Türk Cümhuriyyətinin 50 illik su ehtiyacı qarşılanacaq.

Layihənin ilk mərhələsi olan Alakörpü bəndinin təməlatma mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla yanaşı, Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlu və baş nazir İrsen Kiçik də qatılıb.

Baş nazir Ərdoğan Türkiyənın Kıbrıs türkünün yanında olduğunu deyib. Ərdoğan Quzey Kıbrıs Türk CümhuriyyətininTürkiyənin göz bəbəyi və ürəyinin bir parçası olduöunu söyləyib. Baş nazir Quzey Kıbrısdakı bəzi qrupların keçirdiyi aksiyalara da toxunub. Ərdoğan bu aksiyaları Türkiyə ilə Quzey Kıbrıs arasına nifaq salma cəhdləri kimi dəyərləndirib.

QKTC prezidenti Dərviş Əroğlu da Kıbrıs türk xalqının haradan haraya kimlərlə gəldiyini bilən xalq olduğunu vurğulayıb.

TRT

Share/Save/Bookmark