Xurdad(22 may) qiyamının 10-ci il dönümü münasibəti ilə Güney Azərbaycan Türk millətinə müraciyət

Güney Azərbaycanın kəndləri və şəhərlərində 10 il bundan əvvəl İ  r  a  n adlanan ölkənin rəsmi dövlət qəzetində Türklərə qarşı ırqıçı və əşağılayıçı yazılar sərgiləndi. Bu qəzetdə Türklər hamam böcəyi(süsəri) kimi göstərildi. Bu olaydan günlər sonra etirazlar bilim yurdlarında, bazarda, oxullarda, iş yerlərində və xiyavanlarda mədəni şəkildə başlayıb və dəvam etdi. Ancaq etirazlar və yürüşlər illər boyu Güney Azərbaycan Türk millətinə İ  r  a  n fars rejimi tərəfindən verilən təzyiqlərdən qaynaxlanıb, ortaya çıxır.

1 Xurdad, 1385(22 may, 2006) qiyamı Güney Azərbaycanın muasir tarixində böyük bir yeri olan hadisədir. Belə ki bu gündə miliyonlar Türk Güney Azərbaycanın bütün bölgələrində, qərbindən şərqinə və şimalından cənubuna ayaqlanıb və öz haqlarını üca səs ilə işğalçı zehniyyətə bağırdı. " Haray haray mən Türkəm." şüarı məllətimizin açıqcasına ortaya qoyduğu kimlik məsələsi, İ  r  a  n adlanan ölkənin dövləti tərəfindən silah və əsgəri güc ilə cavablandı.

Bu gün Güney Azərbaycan Türk millətinin mədəni şəkildə etirazına baxmayaraq, İ  r  a  n polisi və əmniyyət quvvələri silahla ətəş açıb və bu dinc yürüşləri qana boyadı. 1 Xordad və sonrasi şəhidlərimizin və yaralıların sayı çoxaldı və zindanlar isə dolmaya başladı. Türk fəalları işqəncələrə məruz qalıb, ailələri hədəlnib və bütün ictimayi haq və huquqlarından məhrum olublar.

Biz bu əziz gündə, Xurdad(May) qiyamının 10-ci il dönümündə şəhidlərimizin ailələri ilə görüşüb, baş sağlığı verəcəyik. Eyni gündə şəhidlərimizin məzarı üstünə gedib və əhdi-peymanımızı yeniləşdirəcəyik.

Bu günlər hər gündən artıq birlikdə olmaya ehtiyacımız vardır, ona görə də milli Türk fəallar, siyasi təşkilatlar və partiyalar olaraq birlikdə qol-qola Güney Azərbaycan Türk millətinin haqlarını təmamını savünürüq.

Azərbaycan öyrənci hərəkatı- AZOH

Vahid müstəqil Azərbaycan cəbəhəsi

Azərbaycan milli dirəniş təşkilatı

Güney Azərbaycan qurtuluş partiyası

Güney Azərbaycan demokrat partiyası

Güney Azərbaycan liberal demokrat parityası

Güney azərbaycan milli demokratik birliyi

Güney Azərbaycan sosyal demokrat partiyası

Güney Azərbaycan türk dirçəliş təşkilatı

Share/Save/Bookmark