Əli Həmzəzadə azadlığa buraxılıb

İyulun 1-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Əli Həmzəzadə mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Milad Əkbəri ilə birlikdə ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Təbriz Şöbəsinə çağırılan Ə.Həmzəzadə iyulun 1-də təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq ETTELAAT-ın təcridxanasına aparılmışdır. Fəalın 100 milyon tümənlik mülki vəsiqə qarşılığında iyulun 18-də müvəqqəti olaraq azadlığa buraxıldığı bildirilir.

M.Əkbəri isə 100 milyon tümənlik mülki vəsiqə qarşılığında  iyulun 16-da Təbrizin mərkəzi zindanından sərbəst buraxılıb.

Adını çəkdiyimiz fəallar, təhlükəsizlik qüvvələrinin onlara qarşı  qanunsuz davranışlarına etiraz olaraq saxlanıldıqları gündən aclıq aksiyasına başlamışdılar.

gadp

Share/Save/Bookmark