Siyamək Mirzayinin naməlum vəziyyəti böyük narahatlığa səbəb olub

İyulun 14-də Muğan şəhərində təhlükəsizlik qüvvələri tərəfindən tutulan azərbaycanlı fəalın naməlum vəziyyəti onun yaxınları, insan hüquqları təşkilatları və milli-mədəni fəalların böyük narahatlığına səbəb olub.

Hazırda Evin zindanının ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə məxsus olan 209-cu bölümündə saxlanılan Siyamək Mirzayi tutulduğu gündən bəri yalnız bir dəfə öz ailəsi ilə əlaqə saxlaya bilib. Fəalın atası isə son günlərdə övladının hüquqlarının pozulması ilə bağlı Tehranda müstəntiq Rəcəbiyə müraciət edib: Müstəntiqin ona cavabı çox qısa olub: “Evin zindanının 209-cu bölümünün özünəməxsus sistemi var”. Bu barədə “Azoh” saytı məlumat yayıb.

Qeyd edək ki, Evin zindanının 209-cu bölümü İranın Kəşfiyyat Nazirliyinə bağlıdır. Bu bölümdə saxlanılan müttəhimlər ETTELAAT məmurları tərəfindən ağır cismi və ruhi işgəncələrə məruz qalır. Artıq azərbaycanlı milli-mədəni fəal S.Mirzayinin 209-cu bölümündə saxlanılmasından 30 gün keçir.

Share/Save/Bookmark