İranda daha 5 məhbus dar ağacından asılıb

 İranda narkotik maddələrin topdan satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən  daha 5 nəfər edam edilib.

Adları ixtisar formada mediaya açıqlanan 5 müttəhim, avqustun 23-ü sübh saatlarında İranın Hormozqan əyalətinin mərkəzi olan Bəndərabbas şəhərinin zindanında dar ağacından asılıb.

Ölüm hökmünün icrasından sonra jurnalistlərə açıqlama verən Hormozqan əyalətinin ədliyyət təşkilatının rəisi axund Məhəmməd Sadıq Əkbəri deyib ki, edam edilən məhbuslar ümumilikdə 7 min 639 kiloqram müxtəlif narkotik maddələrin qaçaqmalçılığında günahlandırılmışdı.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub. İran, dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə, dünyada Çindən sonra ikinci yeri tutur.

gadp

Share/Save/Bookmark