Merkel hökuməti “erməni soyqırımı”nı tanımır

Almaniya hökuməti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı Buntestaqın qəbul etdiyi qərardan uzaqda duracaq və bununla da, Türkiyəyə “siyasi jest” edəcək.

Bu barədə “Der Spiegel” öz mənbələrinə istinadən yazıb.

Mənbəyə əsasən, hökumətin nümayəndəsi Şteffen Zaybert xüsusi bəyanatla çıxış edərək bildirəcək ki, həmin qərarın hökumət üçün “mütləq icra qüvvəsi yoxdur” və “Bundestaqın hüquqi əhəmiyyət daşımayan qərarıdır”.

Almaniyanın gözləntilərinə görə, buna cavab olaraq Türkiyə alman deputatları İncirlikdəki aviabazaya buraxacaq.

Share/Save/Bookmark