YENİ HƏRBİ ÇAĞIRIŞ BAŞLADI

AZOH: Prezident İlham Əliyev ölkə vətəndaşlarının 2011-ci ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fərmana əsasən, 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2011-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar. Qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq.

Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb ki, fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

MUSAVAT

Share/Save/Bookmark