BƏHREYNDƏ FÖVQƏLADƏ VƏZİYYƏT ELAN OLUNDU

AZOH: Bəhreyn kralı Həmad bin Xəlifə ölkədə fövqəladə vəziyyət rejimi elan edib. Dövlət Televiziyasının xəbərinə görə, növbəti 3 ay ərzində ölkədəki vəziyyətə təhlükəsizlik qüvvələri nəzarət edəcək.

Qeyd edək ki, bazar günü ölkədəki toqquşmaların gərginləşməsindən sonra kral Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrindən yardım istəmiş, bu ölkələr də Bəhreynə xüsusi təyinatlılardan ibarət qoşun göndərmişdi.

Bu günkü toqquşmalarda həmin hərbi birliyin tərkibində Bəhreynə gedən Səudiyyə Ərəbistanı əsgərlərindən biri paytxt Manamada güllələnib.

ABŞ isə Sudiyyə Ərəbistanı və digər sünni ərəb dövlətlərini Bəhreyndəki hadisələrə qarışmamağa, təmkinli olmağa çağırıb. Bəhreyn müxalifətindən fərqli olaraq Vaşinqton Körfəz ölkələrinin qoşun yetirməsini işğal kimi qiymətləndirməsə də, tərəfləri təmkinli olmağa çağırıb.

TRT

Share/Save/Bookmark