Tatlısəs danışdı

AZOH: Müğənnini güllələyənlərin şəxsiyyəti müəyyən olunub

Silahlı hücuma məruz qalmış məşhur türk müğənnisi İbrahim Tatlısəsin həkimləri ciddi rejimli müalicənin üçüncü günündə şad xəbər veriblər. Bu barədə Türkiyənin “Vatan” qəzeti yazıb.

Həkimlər Tatlısəsin sol nahiyəsinin aparatlardan ayrıldığını, sol qol və ayağını tərpətdiyini deyiblər. Digər sevindirici xəbər isə “İmperator”un danışa bilməsidir: “Sağ və sol qolunu tərpədir. Əlimizi sıxır və danışa bilir. “Necəsən?” deyəndə sualımıza cavab verdi. Həyati təhlükəsi isə 10 faizə endi”, -deyə həkimlər bildirib.

Qəzetin yazdığı xəbərə görə, Tatlısəsə güllə atmaqda şübhəli bilinən iki nəfərin də kimliyi müəyyənləşib. Hazırda Türkiyə polisi həmin şəxslərin tutulması üçün geniş miqyaslı əməliyyata başlayıb. Prokurorluq isə hadisə zamanı bütün telefon danışıqlarının mətninin çıxarılması üçün məhkəmədən qərar alıb.

TRT

Share/Save/Bookmark