BMT-dən Qəzzafiyə öldürücü zərbə

AZOH: Liviya hava məkanı qapadıldı; diktatorun qoşunlarını durdurmaq qərarı verildi

BMT Liviya hava məkanında uçuşları qadağan edən qətnaməni nəhayət qəbul etdi. BMT-nin bu qərarı Liviya diktatoru Müəmmər Qəzzafiyə qarşı üsyana qalxanların bu anda son istehkamı olan Benqazidə sevinclə qarşılanıb.

BMT Təhlükəsizlik Şurası bu qətnaməni “Liviyada dinc sakinlri qorumaq” məqasədilə qəbul etdiyini açıqlayıb. BMT TŞ həmçinin Liviyada dərhal atəşkəsin təmin olunmasına çağırır. Qətnamədə Qəzzafi rejiminə qarşı sanksiyaların genişləndirilməsi və daha da sərtləşdirilməsi nəzərdə tutulur.

Fransa, İngiltərə və Livanın hazırladığı qətnamənin lehinə TŞ-nin 15 üzvündən 10-u səs verib. 5 üzv isə bitərəf qalıb. Bitərəf qalanlar Rusiya, Çin, Almaniya, Hindistan və Braziliyadır.

Qətnamədə bildirilir ki, Liviyadakı durum beynəlxalq sülh və təhlükəsizlik üçün təhdid mənbəyidir. Tələb olunur ki, dinc sakinlərə qarşı bütün hücumlar və hərbi əməliyyatlar dərhal dayandırılsın. Liviya yetkililərindən tələb olunur ki, büynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirsinlər, dinc sakinlərin təhlükəsizliyini təmin etsinlər, humanitar yardımların ölkəyə tez və maneəsiz çatmasına şərait yaratsınlar.

Qərarda BMT-yə üzv ölkələrə Benqazidə yaşayanlar daxil, Liviyada hücum təhdidi altında olan mülki əhalini qorumaq üçün bütün vacib addımları atmaq səlahiyyəti verirlir. Lakin Liviya ərazidində hər hansı şəkildə xarici hərbi qüvvələrdən istifadə olunması nəzərdə tutulmur.

Nəhayət qərarın ən əhəmiyyətli hissəsi: Liviya hava məkanında humanitar yardım və xarici vətəndaşların ölkədən çıxarılması məqsədilə edilən uçuşlar istisna olmaqla, bütün uçuşlar qadağan edilir. Qadağanın tətbiqi üçün BMT-yə üzv ölkələrə təkbaşına və ya regional birliklər səviyyəsində hərəkət edərək bütün vacib tədbirləri görmək səlahiyyəti verilir.

Qərarda Kiviyaya qarşı BMT TŞ-nin bundan qabaq qəbul etdiyi sanksiyaların daha da sərtləşdirilməsi üçün müvafiq tədbirlərin görülməsi də əksini tapır.

Mövzu ilə daha ətraflı şəkildə qəzetimizdə tanış ola biləcəksiniz.

OLAYLAR

Share/Save/Bookmark