QƏDDAFİ BİNQAZİNİ BOMBALATDIRIR

AZOH: Liviya lideri Müammər Qəddafiyə bağlı qüvvələr dünən elan edilən atəşkəsə baxmayaraq Binqaziyə girib. Liviya hökuməti xəbəri təkzib edib, ancaq xarici xəbər agentlikləri onların Binqazinin kənar məhəllələrinə çatdığını bildirirlər.

"Əl Cəzirə" televiziyasının xəbərinə görə, üsyançıların qalası sayılan şəhər havadan bombardman edilir. Bölgəni bombalayan bir təyyarənin də vurulduğu bildirilir.

Hökumət sözçüsü Musa İbrahim isə bölgəyə xarici qüvvələrin müdaxiləsini təmin etmək üçün əməliyyatları üsyançıların özlərinin başlatdığını bildirib.

Liviyanın dövlət agentliyi də "Əl Qaidə"nin Binqazinin şərqində hökumət qüvvələrinə hücum etdiyi haqda xəbər yayıb.

Fransa isə Liviyaya hərbi müdaxilənin sürətləndirilməsinin vacibliyini bəyan edib.

TRT
Share/Save/Bookmark