SURİYADA QANLI MİTİNQ

AZOH: Suriyanın üç şəhərində iqtidar əleyhinə aksiyalar keçirilib. Ölkənin cənubundakı Deraa şəhərində nümayişçilər bəzi binalarla avtomobilləri daşlayıblar.

Daha sonra isə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub. Şahidlər olarlarda ən azı 3 nümayişçinin dünyasını dəyişdiyini bildiriblər. Suriya dövlət televiziyası və xəbər agentliyi isə nümayişçiləri "ölkəyə sızan ünsürlər" kimi təqdim edib.

Suriyanın Banyas və Homs şəhərlərində də etiraz aksiyaları keçirilib.

TRT

Share/Save/Bookmark