TÜRKİYƏ NATO QARŞISINDA ŞƏRT QOYDU

AZOH: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan NATO-nun Liviya ilə bağlı məsələyə qarışacağı təqdirdə Türkiyənin bəzi şərtləri olduğunu bildirib.

"NATO yeraltı qaynaqlarının, sərvətlərinin bəzilərinə paylanması üçün deyil, Liviyanın liviyalılara aid olduğunu təsbit və qeydiyyat üçün ora girməlidir", deyə baş nazir vurğulayıb.

"Liviyalı qardaşlarımız güclü, sabit, dinc gələcək qurmaq üçün hər cür imkana sahibdirlər. Liviya xalqına bu fürsəti vermək lazımdır, əməliyyat işğala çevrilmədən, liviyalıların öz qərarlarını vermələri üçün fürsət verilməlidir", deyə Ərdoğan əlavə edib.

anspress.com

Share/Save/Bookmark