NATO QƏRARINI VERDİ

AZOH: NATO-da Liviyaya yönəlik silah embarqosunun tətbiqi üçün donanma qüvvələrindən istifadə olunması məsələsində razılıq əldə edilib.

AFP agentliyinə açıqlama verən bir qərbli diplomat NATO-nun qərar orqanı olan Şimali Atlantika Şurasının Liviyaya dənizdən silah embarqosunun tətbiqi məsələsində anlaşdığını söyləyib.

Ancaq NATO ölkələri Liviya üzərində uçuşa qadağan olunmuş bölgə yaradılması üçün başladılan əməliyyatın komandanlığının ABŞ-dan təhvil alınması məsələsində razılığa gələ bilməyiblər. Əməliyyata rəhbərliyin ABŞ-ın Afrika Komandanlığından NATO-ya keçməsinə Fransa veto qoyub.

Qeyd edək ki, NATO-nun həftələrdir üzərində çalışdığı əməliyyat planları sırasında Liviyaya humanitar yardımın göstərilməsi, silah embarqosunun tətbiq olunması və uçuşa yasaq bölgənin yaradılması vardı. Türkiyə NATO-nun uçuşa yasaq bölgə yaradılmasında iştirakına qarşı çıxmıs, humanitar yardım planını dəstəkləmiş, silah embarqosu məsələsində isə bitərəf qalmışdı.

TRT

Share/Save/Bookmark