ORDUMUZUN ƏSGƏRİ ŞƏHİD OLUB

AZOH: 25 yaşlı Samir Ağayev Füzulidə düşmən gülləsinə tuş gəlib

Ermənistanın silahlı qüvvələrinin Qarabağda atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun hərbçisi həlak olub. Hadisə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndininin ətrafında, qoşunların təmas xəttində baş verib. Erməni hərbçilərinin açdığı atəş nəticəsində ordumuzun hərbçisi Ağayev Samir Hidayət oğlu şəhid olub.

Bu barədə musavat.com-a açıqlamanı həlak olan hərbçinin əmisi Vilayət Ağayev verib. Onun sözlərinə görə, Samir müddətdən artıq hərbi xidmət keçən hərbçi idi. Mərhumun 25 yaşı vardı və Tovuz rayon Hərbi Komissarlığlndan xidmətə çağırılmışdı.

Bu gün S.Ağayev ata yurdunda - Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində dəfn edilib.

MUSAVAT

Share/Save/Bookmark