LİVİYA ӘLAQӘLӘNDİRMӘ QRUPU” YARADILACAQ

AZOH: Liviyadakı son vәziyyәt, dünәn İngiltәrәnin paytaxtı Londonda müzakirә olunub.

London Konfransına, aralarında Türkiyәnin dә olduğu 40 dövlәtin tәmsilçilәri ilә yanaşı, NATO,Erәb Birliyi, BMT vә Afrika Birliyindәn sәlahiyyәtli nümayәndәlәr dә qatılıb.

Liviyadakı hәrbi әmәliyyatların davam etdirilmәsi qәrara alınan konfransda hәmçinin,әn qısa zamanda bir “Liviya әlaqәlәndirmә qrupu”nun yaradılması vә bu qrupun ilk toplantısını Qәtәrdә keçirmәsi qәrara alınıb.

Diplomatlar Liviyaya yönәlәn embarqoların artırılması mәsәlәsindә dә razılığa gәliblәr.

Kofrans iştirakçılarının Liviya lideri Qәddafinin ölkәsini tәrk etmәsi mәsәlәsindә hәmfikir olduqları vә Qәddafi vә ailәsini qәbul edәcәk bir ölkә axtarıldığı bildirilib.

TRT

Share/Save/Bookmark