ӘFQANISTANDA VƏZİYYƏT NƏZARƏTDƏN ÇIXIR

AZOH: Floridada bir kilsәdә Qurani-Kәrimin yandırılmasına etiraz edən əfqanıstanlılara nəzarət etmək mümkün olmur.

Dünәn Әfqanıstanın paytaxtı Kabildə ABŞ-a mәxsus hәrbi bazaya hücum olub. Sәhәr saatlarında bazaya daxil olan üç nәfәrdәn ikisi üzәrlәrindәki bombaları partladıblar. Üçüncü şәxs isә tәhlükәsizlik qüvvәlәrinin açdığı atәş nәticәsindә öldürülüb.

Ölkәnin ikinci böyük şәhәri olan Qәndəharda isə bir çox mağaza vә ticarәt mәrkәzinə hücumlar edilib, avtomobillər yandırılıb.

Cümә günü baş verən hadisәlәrdәn sonra Mәzari Şәrif şәhәrindә tәhlükәsizlik tәdbirlәri güclәndirilib. Ən az 12 nәfәrin hәlak olduğu hadisәlәrlə bağlı istintaq başladılıb.

Mәzari Şәrifdәki BMT binasına edilən hücumda əli olduğu güman edilən 20 nәfәr həbs edilib.

"Taliban" isә Ağ Ev vә BMT Tәhlükәsizlik Şurasının pislәdiyi hadisәlәrlә әlaqәsinin olmadığını bildirib.

TRT

Share/Save/Bookmark