NATO HÜCUMUNDA MÜXALİFLƏR VURULDU

AZOH: Liviyadakı hәrbi әmәliyyatlara komandanlığı öhdәsinә götürәn NATO-nun hava hücumlarının hədəfi bu dəfə müxalifәtçilәr olub.

Breqa şəhəri yaxınlığındakı hava hücumlarında yanlışlıqla müxalifәtçilәrә mәxsus 4 texnika vә bir tәcili yardım maşını vurulub.

Müxalif mənbələr hadisәdә 10 müxalifәtçi ilә tәcili yardım maşınında olan 4 dinc vətəndaşın hәlak olduğunu açıqlayıblar.

Digәr tәrәfdәn Qәddafinin qüvvәlәri ilә toqquşan müxalifәtçilәr Breqaya nәzarәti yenidәn әlә keçirdiklәrini irәli sürüblәr. Bәzi mənbələr isə şәhәrdә hәlә dә Qәddafinin qüvvәlәrinin olduğunu qeyd edirlәr.

Qәddafi qüvvәlәrinin NATO-nun hava hücumlarından qorunmaq mәqsәdilә texnika әvәzinә yük maşınlarından istifadә edәrәk top güllәlәri ilә atəş etdiklәri bildirilib

TRT

Share/Save/Bookmark