Xankəndində qanunsuz aeroportun açılışı təxirə salındı

AZOH: Bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin liderinin mətbuat katibi David Babayan bildirib

Ermənistanın işğalı altında olan Azərbaycanın Xankəndi şəhərində qanunsuz inşa olunmuş aeroportun açılışı təxirə salınıb.

APA-nın "Kavkazski Uzel" saytına istinadən verdiyi məlumata görə, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin liderinin mətbuat katibi David Babayan bildirib.

Qeyd edək ki, Xankəndi aeroportunun mayın 9-da açılacağın bildirilirdi. Hava limanının hazır olduğunu deyən D. Babayan açılışın texniki məsələlərlə əlaqədar təxirə salındığını söyləyib: "Bu, çox mürəkkəb prosesdir. Aeroport tamamilə hazır olmalıdır ki, texniki problemlər yaranmasın. Amma bu il aeroport mütləq açılacaq".

D. Babayan açılışın ləngiməsinin Azərbaycanın tələbləri ilə heç bir bağlılığı olmadığını vurğulayıb.

Xatırladaq ki, Azərbaycan tərəfi uçuşların qeyri-qanuni olduğunu bildirib, bunun qarşısının alınması üçün lazımi addımların atılacağını bəyan edib.

SHERQ

Share/Save/Bookmark