تورکلرين ميللی حاقلارينی باسديرماق اوچون،شيعه دؤولت" اؤلکه ايچی "شيعه ساواشی" تبليغ ائدير!!! - ائلدار قاراداغلي

   TÜRKLƏRİN MİLLİ HAQLARINI BASDIRMAQ ÜÇÜN,

"ŞİƏ DÖVLƏT" ÖLKƏ İÇİ "ŞİƏ SAVAŞI" TƏBLİQ EDİR!!!

                 

 Eldar QARADAĞLI

Panfaşist farsçı rejimin yiyəcək çox fırçası vardır. Molla rejimi, Türk millətinin necə Çanakkalalar yaşadığını bilə-bilə özünü bilməməzliyə vurubdur! Sanki farsçı rejim üçün Türk millətinin varlığı bitmiş kimi görünür. Rejim belə xolyalar içində İran adlanan ölkəni barış, şiəlik, bölgə gücü və tək dilli fars cənnəti fərz edir! Türk və başqa fars olmayan millətlərin ayaqlanmasından dərs almaq istəmir bu rejim. Bəlli ki, haq verməz fars rejiminə daha sərt şillə gərəkir! Rejim üçün son günlərdə ağır dərs verildi.

Rejimə görə, 90-illik milli əritmə siyasətindən sonra bir millətin diri qalması mümkün olası deyildir. Farsçı ideologların matimatik hesabına görə, Türk millətinin farslıq içində əriməsi gərəkirdi. Rejim, küçələrdə, işkəncə xanalarda dirənən TÜRK GƏNCLİYİNİN inam gücünün qaynağını dərk etməkdən acizdir. Doğasından asılı olaraq geriçi zehniyyətin əsiri olan farsçı başçıların "LALAM-KARAM" olmasının da kökü buna qayıdır. Qutsal torpağın adını daşıyan baş manqurt Xamneyidən tutmuş kökü bəlli olmayan rejim başçılarının aciz davranışları gün kimi aydındır. Son günlərin güclü göstərilərindən sonra, fondamental molla şovinizmi hardan başlayıb bitirməsini itirmişdir. REJİM, DİN İNANCINA DAYANAN, ŞİƏ İMAMLARINA YAS SAXLAYAN, İSLAMDAN ÖTÜRÜ CANINI VERƏN, SƏKKİZ İLLİK XUMEYNİ-SƏDDAM SAVAŞINDA ƏN ÇOX HƏLAK OLAN,  ANCAQ YERİ GƏLİNCƏ QANI VƏ CANI BAHASINA ÖZ ULUSAL KİMLİYİNİ QORUYAN TÜRK MİLLƏTİNİ DİN VƏ MƏZHƏB BAHANASI İLƏ İÇDƏN QARIŞDIRMAĞA ÇALIŞIR! Halbuki, Azərbaycan Türk Milləti farslar kimi qılınc gücünə deyil, ərəblərin botlarından, farsların odlarından minlərcə il öncədən TƏKTANRIÇI olmuş bir toplumdur. Elə bu üzdən də, farslardan öncə hüzur və istəyərək islamı qəbul edib, Qadisiyədə savaşında ərəblərlə birlikdə farsların Sasanilərini yerlə bir etmişlər. Vurğuyla deyirəm farsların Sasani dövlətini nə fars toplumunu!

Azərbaycan Türk Millətinin milli haqlarını basdırmaq üçün məzhəb savaşı yola salmaq düşüncəsi yalnız xurafat ustalarının xəstə beyininin məhsulu ola bilər. Faşist farsçı rejimə görə, əriməsi və ya ən azından "Azəri" olması gərəkən Türk varlığının sel kimi üzərinə axınması qanunsuz bir olay kimi basdırılmalı və yeri gəlincə qanda boğulmalıdır! Vicdansız şiəçi-farsçı rejimin gözü önündə bir milyon Azərbaycanlı türk şiə müsəlmanı gavur adlandırdıqları xristian ermənilər tərəfindən qətl olunur və ya öz el-obalarından sürgün düşür. Ancaq, Rusiyadan sonra erməniləri ilk bağrına basan dövlət şiəçi-farsçı rejim olur! Həmin vicdansız rejimin ucbatından Livan/Lübnan/, Əfqanıstan, İraq, Suriya və Yəmən kimi neçə inanclı ölkələrdə məzhəb savaşı yola düşür. Adını şiə dünyasının mərkəzi qoyan, amma əslində dini əlində alət edən şeytan mərkəzli İran siyasətində insan canından dəyərsiz bir şey yoxdur. Bu rejimə görə, insan inancın aracıdır!

1978-ci ildə Türk Təbriz, Şah rejiminə qarşı ayağa qalxdı. Kimsə, bir il içində bölgə jandarmı sayılan farsçı Pəhləvi rejimin darmadağın olmasını inanmadı. "29-Bəhmən günü" adı ilə tarixə geçən günün axşamında Şah tərəfində bir açıqlama gəldi. Açıqlamada Təbrizin gücünü dərk etmək yerinə, bütünlüklə xəyal ürünü olan "Bakıdan gələn kommunistlər, qolçomaqlar və çapulcular" hikayəsi ortayaya atıldı. Çünki, o rejim də indiki despotlar kimi Azərbaycan türklərini çox xəfifə almışdı. Bugün Təbriz, Urmu, Ərdəbil, Zəngan kimi şəhərlərdə yüz minlərcə "Haray-haray mən türkəm" şüarilə silahlanan Türk gəncliyi ayağa qalxır. Şah rejiminin əkizi olan Xumeyni hakimiyyəti şahın sözlərini çeynə-tüpür etməkdə qalmayır, üstəlik insanların haqlı istəklərini BİR TELEKANAL QIŞQIRTMASI KİMİ GÖSTƏRMƏKLƏ ORTAYA DÜZƏNBAZ BİR MƏZHƏB ÇATIŞMASI SENARİYOSU ARTIRMAĞA ÇALIŞIR! 

Rejim başçılarının bilməsi gərəkir ki, Güneyin millətçi bozqurdları ayaqlandısa irəliləməsini də bilir. 20 milyonluq nüfusu ilə, 60 milyonluq çeşidli etniklərin varlığını ölüm çəmbərində saxlamış farsçı rejimin bütün duzaqları darmadağın ediləcəkdir. Azərbaycan Milli Hərəkatı elə bir gərçəklik, elə bir bağımsızlıq və elə bir iç hərəkatdır ki, onu yalnızca qanmazlar danabilər. Bu hərəkatı dışarı ölkələrə, qurumlara, telekanallara bağlamaqla basdırmaq mükün deyildir. Azərbaycan Milli Hərəkatını Güney sınırlarında basdırmaq fikri də olduqca dayaz və etgisizdir. Çünki, artıq Güneyin milli hərəkatı, bir dünya sorunu kimi kürəsəl masalarda dartışılmağa başlamışdır. Ayrıca milyonlarca ölkə dışına mühacirət etmiş soydaşlarımızın böyük yüzdəsi öz milli talelərilə alışıb yanırlar. Bu üzdən azərbaycanlı mediyalar başda olmaqla türk sitələri, telekanalları, xəbər ajentləri Güneydən gələn səslərin yayılmasına qeyrət göstərəcəklər.

Güneydə, iranda, dünyada yaşayan "Azərbaycan Türk Milləti" ayaqdadır. Bu millət, varlığını əldən etmək üçün gərəkirsə farsçı faşistlərin evlərinin taaaa haramxanasına qədər yürüyər və  şərəfini qoruyar!

Eldar QARADAĞLI

2015-11-12  

پانفاشيست فارسچي رئژيمين يييه‌جک چوخ فيرچاسي واردير. موللا رئژيمي، تورک ميلتينين نئجه چاناککالالار ياشاديغيني بيله-بيله اؤزونو بيلمه‌مزليغه ووروبدور! سانکي فارسچي رئژيم اوچون تورک ميلتينين وارليغي بيتميش کيمي گؤرونور. رئژيم بئله خوليالار ايچينده ايران آدلانان اؤلکه‌ني باريش، شيعه‌ليک، بؤلگه گوجو و تک ديللي فارس جنّتي فرض ائدير! تورک و باشقا فارس اولمايان ميلتلرين آياقلانماسيندان درس آلماق ايستمير بو رئژيم. بللي کي، هاق وئرمز فارس رئژيمينه داها سرت شيلله گره‌کي ر! رئژيم اوچون سون گونلرده آغير درس وئريلدي.

رئژيمه گؤر، 90-ايلليک ميللي اريتمه سيياستيندن سونرا بير ميلتين ديري قالماسي مومکون اولاسي دئييلدير. فارسچي ايدئولوگلارين ماتيماتيک حسابينا گؤره، تورک ميلتينين فارسليق ايچينده اريمه‌سي گره‌کي ردي. رئژيم، کوچه‌لرده، ايشکنجه خانالاردا ديره نن تورک گنجليگينين اينام گوجونون قايناغيني درک ائتمکدن عاجيزدير. دوغاسيندان آسيلي اولاراق گئريچي ذهنيتين اسيري اولان فارسچي باشچيلارين "لالام-کارام" اولماسينين دا کؤکو بونا قاييدير.    قوتسال تورپاغين آديني داشييان باش مانقورت خامئنئيي ده ن توتموش کؤکو بللي اولمايان رئژيم باشچيلارينين عاجيز داورانيشلاري گون کيمي آيديندير. سون گونلرين گوجلو گؤستريلريندن سونرا، فوندامئنتال موللا شووينيزمي هاردان باشلاييب بيتيرمه‌سيني ايتيرميشدير. رئژيم، دين اينانجينا دايانان، شيعه ايماملارينا ياس ساخلايان، ايسلامدان اؤتورو جانيني وئره ن، سککيز ايلليک خومئيني-صددام ساواشيندا ان چوخ هلاک اولان،انجاق يئري گلينجه قاني و جاني باهاسينا اؤز اولوسال کيمليگيني قورويان تورک ميلتيني دين و مذهب باهاناسي ايله ايچدن قاريشديرماغا چاليشير! حالبوکي، آذربايجان تورک ميلتي فارسلار کيمي قيلينج گوجونه دئييل، عربلرين بوتلاريندان، فارسلارين اودلاريندان مينلرجه ايل اؤنجه‌دن تک تانريچي اولموش بير توپلومدور. ائله بو اوزدن ده، فارسلاردان اؤنجه حضور و ايستيه‌رک ايسلامي قبول ائديب، قاديسييه ساواشيندا عربلرله بيرليکده فارسلارين ساسانيلريني يئرله بير ائتميشلر. وورغويلا دئييرم فارسلارين ساساني دؤولتيني نه فارس توپلومونو!

آذربايجان تورک ميلتينين ميللي حاقلاريني باسديرماق اوچون مذهب ساواشي يولا سالماق دوشونجه‌سي يالنيز خورافات اوستالارينين خسته بئيينينين محصولو اولا بيلر. فاشيست فارسچي رئژيمه گؤر، اريمه‌سي و يا ان آزيندان "آذري" اولماسي گرکن تورک وارليغينين سئل کيمي اوزرينه آخينماسي قانونسوز بير اولاي کيمي باسديريلمالي و يئري گلينجه قاندا بوغولماليدير! ويجدانسيز شيعه چي-فارسچي رئژيمين گؤزو اؤنونده بير ميليون آذربايجانلي تورک شيعه موسلماني گاوور آدلانديرديقلاري خريستيان ائرمنيلر طرفيندن قتل اولونور و يا اؤز ائل-اوبالاريندان سورگون دوشور. آنجاق، روسييادان سونرا ائرمنيلري ايلک باغرينا باسان دؤولت شيعه چي-فارسچي رئژيم اولور! همين ويجدانسيز رئژيمين اوجباتيندان ليوان/لوبنان/، افقانيستان، ايراق، سورييا و يمن کيمي نئچه اينانجلي اؤلکه‌لرده مذهب ساواشي يولا دوشور. آديني شيعه دونياسينين مرکزي قويان، آما اصلينده ديني الينده آلت ائدن شئيطان مرکزلي ايران سيياستينده اينسان جانيندان ديرسيز بير شئي يوخدور. بو رئژيمه گؤر، اينسان اينانجين آراجيدير!

1978-جي ايلده تورک تبريز، شاه رئژيمينه قارشي آياغا قالخدي. کيمسه، بير ايل ايچينده بؤلگه ژاندارمي ساييلان فارسچي پهلوي رئژيمين دارماداغين اولماسيني اينانمادي. "29-بهمن گونو" آدي ايله تاريخه گئچن گونون آخشاميندا شاه طرفينده بير آچيقلاما گلدي. آچيقلامادا تبريزين گوجونو درک ائتمک يئرين، بوتونلوکله خيال اورونو اولان "باکيدان گلن کوممونيستلر، قولچوماقلار و چاپولجولار" هيکايه‌سي اورتايايا آتيلدي. چونکي، او رئژيم ده اينديکي دئسپوتلار کيمي آذربايجان تورکلريني چوخ خفيفه آلميشدي. بوگون تبريز، اورمو، اردبيل، زنگان کيمي شهرلرده يوز مينلرجه "هاراي-هاراي من تورکم" شوعاريله سيلاهلانان تورک گنجليگي آياغا قالخير. شاه رئژيمينين ائکيزي اولان خومئيني حاکيميتي شاهين سؤزلريني چئينه-توپور ائتمکده قالمايير، اوسته ليک اينسانلارين حاقلي ايستکلريني بير تئلئکانال قيشقيرتماسي کيمي گؤسترمکله اورتايا دوزنباز بير مذهب چاتيشماسي سئنارييوسو آرتيرماغا چاليشير!

رئژيم باشچيلارينين بيلمه‌سي گره‌کي ر کي، گونئيين ميلتچي بوزقوردلاري آياقلانديسا ايره‌ليله‌مه‌سيني ده بيلير. 20 ميليونلوق نوفوسو ايله، 60 ميليونلوق چئشيدلي ائتنيکلرين وارليغيني اؤلوم چمبرينده ساخلاميش فارسچي رئژيمين بوتون دوزاقلاري دارماداغين ائديله‌جکدير. آذربايجان ميللي حرکاتي ائله بير گرچکليک، ائله بير باغيمسيزليق و ائله بير ايچ حرکاتدير کي، اونو يالنيزجا قانمازلار دانابيلر. بو حرکاتي ديشاري اؤلکه‌لره، قوروملارا، تئلئکاناللارا باغلاماقلا باسديرماق موکون دئييلدير. آذربايجان ميللي حرکاتيني گونئي سينيرلاريندا باسديرماق فيکري ده اولدوقجا داياز و ائتگيسيزدير. چونکي، آرتيق گونئيين ميللي حرکاتي، بير دونيا سورونو کيمي کوره سل ماسالاردا دارتيشيلماغا باشلاميشدير. آيريجا ميليونلارجا اؤلکه ديشينا موهاجيرت ائتميش سويداشلاريميزين بؤيوک يوزده‌سي اؤز ميللي طالعلريله آليشيب يانيرلار. بو اوزدن آذربايجانلي مئدييالار باشدا اولماقلا تورک سيته‌لري، تئلئکاناللاري، خبر آژئنتلري گونئيدن گلن سسلرين ياييلماسينا غئيرت گؤستره‌جکلر.

گونئيد، ايراندا، دونيادا ياشايان "آذربايجان تورک ميلتي" آياقدادير. بو ميلت، وارليغيني الدن ائتمک اوچون گره‌کيرسه فارسچي فاشيستلرين ائولرينين تاآآآ هارامخاناسينا قدر يوروير و شرفيني قورويار!

ائلدار قاراداغلي

12-11-2015

Share/Save/Bookmark