اورتاق بیلدیری: بو جان سنه قوربان، آزربایجان

ایشغالچی ائرمنیستان سلاح‌لی قوه‌لری آزربایجانین ایشغال اولونموش اراضی‌لرینده آذربایجان اوردوسونون مؤوقئ‌لرینی آتش توتماسی نتیجه‌سینده قهرمان اوردوموز 29 شهید وئره‌رک دوشمه‌نین هوجوم‌لاری‌نین قارشی‌سینی آلیب.

بیرینجی قاراباغ ساواشی زامانی ایشغال ائدیلمیش اراضی‌لریمیزی گونئی‌لی-قوزئی‌لی آذربایجان خالقی‌نین میللی مسئله‌سی گؤرور و دایم اراضی بوتؤولوگوموزو مدافعه ائدیریک. عینی زاماندا خالقیمیزین قهرمان اوردوسونون سون گون‌لر ایشغال ائدیلمیش اراضی‌لریمیزه دوغرو ایرللمه‌سی بیزی چوخ سئویندیریر، گئجده اولسا دوشمنه اوردوموزون ساواش روحونو زیفلمدیگینی گؤستردی.

بیز میللت اولا‌راق قلب‌لرده هئچ زامان پارچالانمامیشیق یالنیز خریته اوزرینده دوشمن‌لر بیزی بؤلوب‌لر. ائرمنی‌لر ایسه بیزیم بوتؤولوگوموزو هدفه آلا‌راق حاق‌سیز اولا‌راق اراضی‌لریمیزی ایشغال ائدیب. بوتون بئینلخالق تشکیلات‌لارین چیخاردیغی قرار و قتنامه‌لره باخمایا‌راق اؤز جینایتکارلیقلاریندان‌ ال چکمیرلر، تسسوفکی آدینی ایسلام دؤولتی قویان ایراندا همیشه موسلمان-تورک قاتیل‌لرینه یاردیم ائدیر. آذربایجان میللی مسئله‌سینی ایسه دیپلوماتیک یوللا یالنیز سؤزده دستکچی اولدوغونو دئییر.

بیز گونئی آذربایجان دئموکرات پارتیاسی و آذوح تشکیلاتی اولا‌راق گونئی آذربایجان تورک‌لری قوزئی آزربایجانین اراضی بوتؤو‌لوگونو دستکلییر و وطنمیز آزربایجانین هر قاریش تورپاغینی جانیمیز قدر عزیز سئویریک. حاضردا قاراباغ جبهه‌سینده گئدن دؤیوش‌لری آذربایجان اوردوسونون حاق ساواشی کیمی گؤرور و قهرمان اوردوموزون اراضی بوتؤو‌لوگونو برپا ائده‌رک ائرمنی قولدورلاریندان‌ تمیزلیجیینه تام اینانیریق.

بوتؤو آذربایجان آرزوسو ایله،

قاراباغ بیزیم‌دیر، بیزیم قالا‌جاق.

گونئی آذربایجان دئموکرات پارتیاسی- گادپ

آذربایجان اؤیرنجی حرکاتی- آذوح

2016.04.05

Ortaq bildiri: Bu can sənə qurban, Azərbaycan

İşğalçı Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan ordusunun mövqelərini atəş tutması nəticəsində qəhrəman ordumuz 29 şəhid verərək düşmənin hücumlarının qarşısını alıb.

Birinci Qarabağ savaşı zamanı işğal edilmiş ərazilərimizi Güneyli-Quzeyli Azərbaycan xalqının milli məsələsi görür və daim ərazi bütövlüyümüzü müdafiə edirik. Eyni zamanda xalqımızın qəhrəman ordusunun son günlər işğal edilmiş ərazilərimizə doğru irəlləməsi bizi çox sevindirir, gecdə olsa düşmənə ordumuzun savaş ruhunu zəifləmədiyini göstərdi.

Biz millət olaraq qəlblərdə heç zaman parçalanmamışıq yalnız xəritə üzərində düşmənlər bizi bölüblər. Ermənilər isə bizim bütövlüyümüzü hədəfə alaraq haqsız olaraq ərazilərimizi işğal edib. Bütün beynəlxalq təşkilatların çıxardığı qərar və qətnamələrə baxmayaraq öz cinayətkarlıqlarından əl çəkmirlər, təssüfki adını İslam dövləti qoyan İranda həmişə müsəlman-Türk qatillərinə yardım edir. Azərbaycan milli məsələsini isə diplomatik yolla yalniz sözdə dəstəkçi olduğunu deyir.

Biz Güney Azərbaycan Demokrat partiyası və AZOH təşkilatı olaraq Güney Azərbaycan Türkləri Quzey Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və vətənmiz Azərbaycanın hər qarış torpağını canımız qədər əziz sevirik. Hazırda Qarabağ cəbhəsində gedən döyüşləri Azərbaycan ordusunun haqq savaşı kimi görür və qəhrəman ordumuzun ərazi bütövlüyünü bərpa edərək Erməni quldurlarından təmizləyəcəyinə tam inanırıq.

Bütöv Azərbaycan arzusu ilə,

Qarabağ bizimdir, Bizim qalacaq.

Güney Azərbaycan Demokrat partiyası- GADP

AZərbaycan Öyrənci Hərəkatı- AZOH

2016.04.05

Share/Save/Bookmark