آذوح و گادپ نین باش ساغلیقی مئساژلاری

Azərbaycan Başın Sağ olsun

Sevimli Azərbaycan milləti!

Məələsəf bildiyiniz kimi Əhər, Vərziqan və ətraf mahallarda baş vermiş dəprəmdə yüzlərcə insanımız hayatını itirmiş, minlərcə yaralanmış və on minlərcə ev yıxılmışdır. Bu acı olayı millətimizə təsliyət deyərək, ölənlərə rəhmət,  yaralanlara sağlıq və qalanlara səbr diləyirik. İnanırıq ki, hər zamanki kimi millətimiz dayanışma və bərabərlik içində bu müsibəti aşaraq və bir daha öz milli birliyini nümayiş edəcəkdir.

Ölkəmiz Azərbaycanın dəprəm xətti üzərində olması bir tərəfdən, Azərbaycan əhalisinin yoxsulluğu, standard alt yapının olmaması və dövlət məsullarının ehmalı digər tərəfdən, hər neçə ildən bir meydana gələn zəlzələlərdə can və mal xəsarətinin yüksək olmasına səbəb olmışdır. Belə ki, zaman zaman təbii bəlalar bölgəmizdə olan günlük fəlakəti işıqlandıraraq, tüm yer altı və üstü sərvətlərinə rəğmən millətimizin nə dərəcədə ağır bir durumda yaşamasını ortaya tökür. Şübhəsiz bu acınacaqlı olqunun sorumlusu İran rejimi və onun yalnış və ayrı seçkilikli siyasətləridir. Buna baxmayaraq, dəprəmin olduğu andan etibarən, İran radio-telviziyonu olayı ort-basdır etmək və önəmsizləşdirəməyə çalışmaqdadır. Digər imdad fəaliyyətləri isə məsulların başı soyuqluğundan dolayı asla cavabdeh deyildir. GADP və Azoh olaraq,  İran islam cümhüriyyətinin Azərbaycan millətinin bu müsibətinə belə laqeyd yanaşmasını qınayaraq, əziz millətimizin dəprəmzədələr üçün yaranan könüllü imdad quruplarına qoşulub, dəstək vermələrini diləyirik. Xaricdə yaşayan vətəndaşlarımızın yardım toplama qonusunda aktiv olmaqlarını istəyərək, qardaş ölkələr Türkiyə və Quzey Azərbaycan soydaşlarımız və habelə dövlət rəsmilərindən acilən yardım kampaniyalar oluşdurmağa dəvət edirik.

Güney Azərbaycan Demokrat Partisi

Azərbaycan Öyrənci Hərəkatı- AZOH

Share/Save/Bookmark