گونئی آذربایجان سیاسی محبوسلارینی آزاد ائدین

Güney Azərbaycan siyasi məhbuslarını azad edin!

Milətimizin Güney Azərbaycanda milli Haqlarını əldə etmək üçün apardığı mili-demokratik mübarizəsi günü-gündən şıdətlənməkdədir.

Xalqımız bu Haqlı mübarizəsinə İranda hakim olan Fars şovunizmini temsil edən İslam Cümhurisi, daha artıq basqın, İşkəncə və terror ilə cavab verir.

Beləliklə rejimin əl- altıları hər gün yeni bir bəhanə ilə Güney Azerbaycanda mili Fəaları həbsə atır və ağır işkəncələrə məruz qoyur.

Biz Fedral Almaniyanin Heidelberg şəhərində “Urmu Gölü Festivalına” toplanan Azərbaycanlılar, İran adlanan ölkə türkləri və başqa milətlərə mənsub olan şəxslər İslam Cümhuriyətinin xalqımıza qarşı apardığı asimiliya, terror və basqı siyasətini qınayır, güney azərbaycanlı jornalist Səid Mətinpur başda olmaqla butun Azərbaycan siyasi məhbuslarının tezliklə azad olunmasını tələb edirik.

Urmu Gölü Festivalı Təşkilat Komitəsi

Almaniya-Heidelberg

08.07.2012

Share/Save/Bookmark