گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی‌نین 31 دئکابرلا باغلی بیلدیریشی

Güney Azərbaycan Sosial Demokrat Partisinin 31 dekabrla bağlı bildirişi

"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" (Dayanışma Günü) qutlu

 Olsun

Dəyərli yurddaşlar

31 dekabr 1989-cı ildə gözlənilməz və olduqca önəmli bir hadisə kar və kor olan dünya ictimaiyyətini böyük və ulu bir millətin var olub onun Rus və Fars işğalçıları arasında iki yerə parçalanaraq müstəmləkə həyatı sürməsindən xəbərdar etmişdi. Bu hadisə, özəlliklə İran adlanan ölkədə 30 milyonluq bir Türk millətinin var olub onun fars faşizminin qanlı çəkmələri altında necə haqsız, hüquqsuz bir şərayitdə tam vəhşicəsinə istismar olduğunu dünyaya göstərmişdi.  

"Sərhəd Hərəkatı" adıyla  31 dekabrda baş verən hadisələr, Quzey Azərbaycanda Türk millətimizin rus işğalı və Sovet İmperyasına qarşı  istiqlaliyyət mücadiləsində bir başlanqıc olsada, Güney Azərbaycanda da müstəmləkəçi fars-İran dövlətinə qarşı azadlıq və qurtuluş hərəkatına təkan verməklə yanaşı istiqlal məfkurəsinə zəmin yaratmışdı. Arazın hər iki sahilində sərhəd boyu məftilli simləri qırıb dirəkləri yaxan millətimiz, işğalçılara qarşı etiraz edərək Azərbaycanın ayrılığına son verilib vahid bir millətin övladlarının bir-birinə qovuşmasını tələb edirdilər.

Bu səbəbdən də Quzey Azərbaycan öz istiqlaliyyətini əldə etdikdən sonra 31 dekabr, "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" olaraq Türk millətimizin birlik və bərabərlik simvolı kimi tarixə düşmüş və hər il təntənə ilə qeyd olunmaqdadır.

Tarix göstərmişdir ki, işğalçı nə qədər güclü, nə dərəcədə qəddar və vəhşi olsada belə, bir milləti həmişəlik öz əsarəti altında saxlamaq mümkün deyildir. Necə ki, vaxtıyla dünyanın süper güc dövləti sayılan və eyni zamanda millətlər dostağı olan "Sovetlər Birliyi", bütün vəhşiliyi və qəddarlığına rəğmən onun əsarəti altında yaşayan millətlərin haqlı mübarizə əzmini qıra bilməmiş və onların milli iradəsi qarşısında diz çökərək təslim olmaq məcburiyyətində qalmışdır.

31 dekabrdaki hadisələr aydıncasına göstərmişdir ki, Türk millətimizin uzun illər boyu ayrılığı və hər iki tayda ziddiyyətli, fərqli sistem və müstəmləkə şərayitində yaşamasına rəğmən, eyni zamanda düşmənlərimizin bu uzun illərdə apardıqları iyrənc təbliğatlarına və bütün səylərinə baxmayaraq o, vahid bir millət kimi öz varlığını ortaya qoymuş həm quzeydə, həm də güneydə ürəkləri eyni ahəng və eyni ritmdə çalmışdır.

Güney Azərbaycan Sosial Demokrat Partisi qarşıdan gələn yeni il və "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə 50 milyonluq Türk millətimizi təbrik edib və yeni ildə fars faşizmi və İran dövlətinin əsarəti altında yaşayan millətimizə apardığı öz qurtuluş və istiqlaliyyət mücadiləsində böyük başarılar və yeni-yeni uğurlar diləyir.

Biz, eyni zamanda millətimizin ayrılmaz bir parçası olan və Azərbaycanda tarix boyu bizimlə iç-içə yaşayan qeyri-türk xristiyan azlıqları da qutsal bayramlarıyla yanaşı, yeni il münasibətilə də təbrik edib hər zaman barış və qardaşlıq şərayitində bizimlə birlikdə yaşamalarını arzu edirik.

Eşq olsun 31-dekabrda sərhəd hərəkatını yaradan qəhrəman insanlara!

Yaşasın 50 milyonluq Azərbaycan Türk millətinin birlik və bərabərliyi!

Yaşasın vahid müstəqil Azərbaycan!

Güney Azərbaycan Sosial Demokrat Partisi

29.12.2014

Share/Save/Bookmark