جوشقون آزراوغلو ابدیته قوووشدو
آلدیغیمیز بیلگیلره گؤره گونئی آذربایجان میللی حرکاتینین تانینمیش میللی فاللاریندان جوشقون آزروغلو مارت آیینین دؤردو هاننووئر شهرینده ابدیته قوووشدو.
گؤزل ،سئویملی ،درین و اینجه دوشونجهلی ،میللتچی ،شاعر ،مئهریبان ،عدالت سئون،باریشجیل و فیکیرلرینده کسکین بیر اینسان قارشیسینداییق.
سؤز نادیر باغیروغلو (جوشقون آذر اوغلو)دان اولاندا اینسانیتین درینلیغی گؤز اؤنونه گلیر .
آزربایجانین اورمو شهرینده اکینچیلیک موهندیسی اولاراق دینج بیر یاشام یئرینه ایران رئژیمینین ،ظلم ،دیکتاتورلوق ،فوندامئنتالیست و شووئنیسم سیاستلرینه قارشی عصیان بایراغین قالدیردی .
نادیر اورمونون کوروغلوسودور،سوسمازییدی،سوسا بیلمزیدی او آذربایجان ادبیاتین و وارلیغین دریندن تانیییردی آنجاق رئژیمله موجادیلهسینین داوامیندا،گنج چاغلاریندا عائلهسیله بیرگه وتهنین ترک ائتمک مجبوریتینده قالدی. تانیمامیش و بلیرسیز ، باشقا بیر دونیایا یول قویدو.
نادیر قوربتده آغیر بیر سوروملولوق یوکو آلتینادا، عائلهسین قوروماق و گونئی آذربایجان تورکونون، اؤلوم دیریم ساواشیندا اونون ائلچیسی و هارایچیسی اولماقدا اؤز یئتنکلیگینی اورتایا قویموشدور.
نادیرین کاراکتئرینین اساس یؤنو پوزیتیو و سادهلیغیدیر او بیر اوزلو، گولشقاباخ،مئهریبان و صمیمی اینسانییدی،قوهومو و دوستلارینا سایغی و سئوگیله یاناشدیغی اوچون کیمسه اوندان اینجیمهدی و چئورهسیده اونا هر زامان سایغییلا یاناشدیلار ،کاراکتئرینین دیگر اؤنملی یؤنو یوموشاق و لیبرال اولدوغو حالدا ظلم ، پیسلیکلره و اویون بازلیغلارا قارشی باریشماز و چوخ سرت بیریسیدی .
سوسیال آچیدان عائلهسین قوروماق اوچون علیندن گلنی اسیرگمهدی ،اوختای و ائلدارین تربییه یؤنتمهلرینده نومونه و تام سوروملو بیر آتا کیمی داوراندی . قوربتین آجیلاری و دالی قالمیش ایرتیجایی ایش و دوشونجهلردن یورولاندا، اؤز ایچ دونیاسینا سؤیکنردی و شئیر یازمالاری ایله اؤزون راحتلاداردی.
نادیرین میللی سیاسی دوشونجهلرینه گلنده او گونئی آزربایجانین آزادلیغی و اؤزگورلوگون هدف توتاراق شؤوئنیزم و راسیسمه نفرت گؤسترهرک میللتلر ایچیندئ دوستلوق و ائشیتلیغی ساوونایدی.
نادیرین دیشاریدا آذربایجان میللی حرکاتین آکتیویستلرین بیرلشمهسی اوچون چابا گؤرسهدنلرین بیریسیدی نادیرله ایللر بیر تشکیلاتدا اولدوغوم زامانلار و هابئله اونون کؤلنوده درنک فعالیتلریندن چوخلو نومونهلر گتیرمک اولار نادیرین هانووئرده ایللر آراز رادیوسونون قوروجوسو و آپاریجیلیغی اونودولمازدیر بیر ایل بیرلیکده گونئی آذربایجان سسی رادیوسونو جانلی گونئیه یایدیق اونو یوزلرجه سئویملی و گؤزل سسی و دوشونجهلری حالا قولاقلاریمیزدا جانلانیر و جانلاناجاقدیر، نادیر سولوب سؤنسهده اونون شیرین و سئویملی خاطرهلری ایکی گؤزل ،آیدین دوشونجهلی اوغلوللاریندا عائلهسینده قوهوم و دوستلارین یادداشتیندا یاشییاجاق اما گوندهلیک یاشامیمیزدا هر زامان یئری بوش اولاجاق.
نادیرین حؤرمتلی آتاسی هایات یولداشی،اوغوللارینا، باجی و قارداشلاری باشینیز ساغ اولسون باشیمیز ساغولسون میللئتیمیزین باشی ساغولسون
سؤزومون سونونو قیزیم آیدانین اورک سؤزلری ایله باشا چاتدیریرام:
دونن آخشام منوی عمیم، نادیر باغیرزاده، دونیایا گؤزونو یومدو. نئجه یازسامدا نادیر بیی آنلاتا بیلمم، ائدمم.
اؤلوم خبرینی آلینجا همن 2006جی ایله دؤندوم. میللی قیامدان سونرا بیز نادیر بیله ایران سفیرلیکلرین اؤنوندئ آکسیا کئچیریردیک. نادیر بیین بیر شئیری وارییدی کی 100دن آرتیق اینسان بیر آغیزلا اوخویوردو.
"ائشیت جئلات بو سئسی!
آذربایجان تورکجهسی،
وارلیغیم دیر وارمیدیر،
داماردا آل قانیم دیر......"
بوتون آذربایجان میللتینه باش ساغلیغی آرزولاییرام، نادیر بئیین یولو گئدرلی اولسون، اولاجاق! اولمالیدیر!
عائلهسینه و یاخینلارینا سبیر و گوچ آرزولاییرام. قارا گوندور آما من نادیر بیی سئوگی و اوموتلا آناجام. یاسدایام، اوزگونم گؤز یاشلارییلا بو یازینی یازیرام آما نه موتلو منه کی بو بؤیوک اینسانی یاخیندان تانیمایا ایمکانیم اولدو!
یوخون شیرین اولسون آزیز عمیم روحون شاد، یئرین جننت اولسون.....
گونئی آذربایجان دئموکرات پارتیاسی- گادپ سؤزجوسو
محمود بیلگین
Coşqun Azəroğlu əbədiyyətə qovuşdu
Aldığımız bilgilərə görə Güney azərbaycan milli Hərəkatının tanınmış Milli fəallarindan Coşqun Azəroğlu Mart ayının dördü Hannover şəhərində əbədiyyətə qovuşdu.
Gözəl ,sevimli ,dərin və incə düşüncəli ,millətçi ,şair ,mehriban ,ədalət sevən,barışcıl və fikirlərində kəskin bir insan qarşısındayıq.
Söz Nadır bağıroğlu (Coşqun Azər oğlu)dan olanda insaniyyətin dərinliği göz önünə gəlir .
Azərbaycanın Urmu şəhərində Əkinçilik mühəndisi olaraq dinc bir yaşam yerinə İran rejiminin ,Zülm ,diktatorluq ,fondamentalist və şovenism siyasətlərinə qarşı üsyan bayrağın qaldırdı .
Nadir Urmunun Koroğlusudur,susmazıydı,susa bilməziydi o Azərbaycan Ədəbiyyatin və varlığın dərindən tanıyırdı ancaq Rejimlə mücadiləsinin davamında,gənc çağlarında ailəsilə birgə vətənin tərk etmək məcburiyyətində qaldı. tanımamış və bəlirsiz , başqa bir dünyaya yol qoydu.
Nadir qürbətdə ağır bir sorumluluq yükü altınada, ailəsin qorumaq və Güney Azərbaycan Türkünün, ölüm dirim savaşında onun elçisi və harayçısı olmaqda öz yetənəkliyini ortaya qoymuşdur.
Nadirin karakterinin əsas yönü pozitiv ve sadəlığıdır o bir üzlü, güləşqabax,mehriban və səmimi insanıydı,Qohumu ve dostlarına sayğı və sevgilə yanaşdığı üçün kimsə ondan incimədi və çevrəsidə ona hər zaman sayğıyla yanaşdılar ,karakterinin digər önəmli yönü yumuşaq və Libral olduğu halda zülm , pisliklərə və oyun bazlığlara qarşı barışmaz və çox sərt birisiydi .
Sosyal açıdan ailəsin qorumaq üçün əlindən gələni əsirgəmədi ,Oxtay və Eldarın tərbiyə yönətmələrində numunə və tam sorumlu bir Ata kimi davrandı . Qürbətin acıları və dalı qalmış irticayi iş və düşüncələrdən yorulanda, öz iç dünyasına söykənərdi və şeir yazmaları ilə özün rahatladardı.
Nadirin milli siyasi düşüncələrinə gələndə o Güney Azərbaycan'ın azadlığı və özgürlüyün hədəf tutaraq şövenizm və rasismə nəfrət göstərərək millətlər içinde dostluq və eşitliği savunaydı.
Nadirin dışarıda Azərbaycan milli hərəkatin aktivistlərin birləşməsi üçün çaba görsədənlərin birisiydi Nadirlə illər bir təşkilatda olduğum zamanlar və habelə onun Kölnüdə dərnək fəaliyyətlərindən çoxlu numunələr gətirmək olar Nadirin Hanoverdə illər Araz Radiyosunun qurucusu və aparıcılığı unudulmazdır bir il birlikdə Güney Azərbaycan səsi Radiyosunu canlı güneyə yaydıq onu yüzlərcə sevimli və gözəl səsi və düşüncələri hala qulaqlarımızda canlanır və canlanacaqdır, Nadir solub sönsədə onun şirin və sevimli xatirələri iki gözəl ,aydın düşüncəli oğlullarında ailəsində qohum və dostların yaddaştında yaşıyacaq amma gündəlik yaşamımızda hər zaman yeri boş olacaq.
Nadirin hörmətli Atası hayat yoldaşı,oğullarına, bacı və qardaşları başınız sağ olsun başımız sağolsun milletimizin başı sağolsun
Sözümün sonunu qızım Aydanın ürək sözləri ilə başa çatdırıram:
Dünən axşam mənəvi əmim, Nadir Bağırzadə, dünyaya gözünü yumdu. Necə yazsamda Nadir bəyi anlata bilməm, edəməm.
Ölüm xəbərini alınca həmən 2006ci ilə döndüm. Milli qiyamdan sonra biz Nadir bəylə Iran səfirliklərin önünde aksiya keçirirdik. Nadir bəyin bir şeiri varıydı ki 100dən artıq insan bir ağızla oxuyurdu.
"Eşit celat bu sesi!
Azərbaycan türkcəsi,
Varlığım dir varmıdır,
Damarda al qanım dir......"
Bütün Azərbaycan millətinə baş sağlığı arzulayıram, Nadir beyin yolu gedərli olsun, Olacaq! Olmalıdır!
Ailəsinə və yaxınlarına səbir və güç arzulayıram. Qara gündür ama mən Nadir bəyi sevgi və umutla anacam. Yasdayam, üzgünəm göz yaşlarıyla bu yazını yazıram ama nə mutlu mənə ki bu böyük insanı yaxından tanımaya imkanım oldu!
Yoxun şirin olsun aziz əmim ruhun şad, yerin cənnət olsun.....
Güney Azərbaycan Demokrat Partiyası- GADP sözcüsü
Mahmud Bilgin