قورتولوش پارتیاسی بیلدیریسی ایهانتلر حاقدا
گونئی آذربایجان تورک میللتی:
دونیانین دؤرد بیر یانیندا ایرقیچیلیغا یوخ دئییلدیگی چاغدا،آنجاق و آنجاق İ ر آ ن آدلانان اؤلکهده میلیونلار خرج اولونور کی ایرقیچیلیق قوخوسو هر یئری آلسین آغزینا.ایللر بویو دوامی اولان بو ایرقیچیلیق گونئی آذربایجاندا تورک میللتینی آشاغیلاما فارس زئهنیتلی سیستئم طرفیندن،ایسترسه دؤولت،فارس آیدین دوشونجهلری،دین خادیملری و سیاسیلردن اینانیلماز شکیلده و سویهده گؤرونوبدور.İ ر آ ن آدلانان اؤلکهنین دؤولت تئلئویزیونوندا اوشاق پروقرامیندا پلانلی شکیلده یایینلانان باشقا اولایلار کیمی هئچ بیر زامان تصادف دییل.بونلار تورک میللتینی یوخ ائدمه یولونون پلانلی پروپاقانداسیدیر.
گونئی آذربایجان تورک میللتی دونیانین هر یئرینده اولورسا اولسون فارس ایرقیچیلیغینا سسسیز قالمایاجاقدیر و سون نفسیمیزه قدر فارسین هر هانسی بیر سیمگهسینی کندلر و شهرلریمیزدن سیلمهیه دوام ائدجییک.
گونئی آذربایجان قورتولوش پارتیاسی İ ر آ ن آدلان اؤلکهنین دؤولت کانالیندان یایینلانان بو ایرقیچیلیغی شدتله قیناییر و هر هانسی فارس زیهنیتلی سیاستیله گونئی آزربایجانین باغیمسیزلیغینا قدر ساواشینا میللتیمیزیله قول-قولا دورمادان دوام ائدهجک.
یاشاسین باغیمسیز گونئی آذربایجان!
گونئی آذربایجان قورتولوش پارتیاسی
Güney Azərbaycan Türk milləti:
Dünyanın dörd bir yanında ırqıçılığa yox deyildiyi çağda,ancaq və ancaq İ r a n adlanan ölkədə miliyonlar xərc olunur ki ırqıçılıq qoxusu hər yeri alsın ağzına.İllər boyu dəvamı olan bu ırqıçılıq Güney Azərbaycanda Türk millətini aşağılama Fars zehniyyətli sistem tərəfindən,istərsə dövlət,Fars aydın düşüncələri,din xadimləri və siyasilərdən inanılmaz şəkildə və səviyyədə görünübdür.İ r a n adlanan ölkənin dövlət televizyonunda uşaq proqramında planlı şəkildə yayınlanan başqa olaylar kimi heç bir zaman təsadüf dəyil.Bunlar Türk millətini yox edmə yolunun planlı propaqandasıdır.
Güney Azərbaycan Türk milləti dünyanın hər yerində olursa olsun Fars ırqıçılığına səssiz qalmayacaqdır və son nəfəsimizə qədər Farsın hər hansı bir simgəsini kəndlər və şəhərlərimizdən silməyə dəvam edəcəyik.
Güney Azərbaycan Qurtuluş partiyası İ r a n adlan ölkənin dövlət kanalından yayınlanan bu ırqıçılığı şiddətlə qınayır və hər hansı Fars zihniyyətli siyasətilə Güney Azərbaycanın bağımsızlığına qədər savaşına millətimizilə qol-qola durmadan dəvam edəcək.
Yaşasın bağımsız Güney Azərbaycan!
Güney Azərbaycan Qurtuluş Partiyası