English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

آذربایجان سوسیال دئموکرات پارتی‌سی‌نین(گونئی)،فاشیست ایران ایسلام رئژیمی‌نین قوزئی آذربایجان جومهوریتینه قارشی آپاردیغی تخریبات و دوشمنچی‌لیک سیاستینه اعتراض!

Azərbaycan sosial demokrat partisinin(güney),faşist İran İslam rejiminin Quzey Azərbaycan cümhuriyyətinə qarşı apardığı təxribat və düşmənçilik siyasətinə etiraz!

Dəyərli yurddaşlar!

Son aylarda faşist İran İslam rejimi,Eurovisiyon mahnı yarışmaının Bakıda keçirilməsini bəhanə edərək,Azərbaycana qarşı açıqcasına hücuma keçib,hər cürə tohin,təhqir və özəlliklədə alçaqcasına hədə qorxudan çəkinməmişdir.Bu cinayətkar rejim,həyasızcasına  Quzey Azərbaycan dövlətinin iç işlərinə qarışaraq oranı öz xəlvət həyəti bilib,onun şəhər və kəndlərində ancaq fitnəkarlıq və ciyayətkarlıqla məşqul olmuşdur.Irqçı İran İslam rejimi uzun illərdir ki,"Səhər"kanalının verlişləri vastəsilə yayınladığı öz irənc təbliğat,qərəzli və yalan xəbərlər,böhtan və yıxıcı propaqandararıyla, tam düşmənçilik mövqeyindən çıxış edib,Azərbaycana  ancaq kinə və nifrətlə yanaşı,zəhər və mikrob yağdırmışdır.Bu gün İran İslam rejimi başda olmaqla Fars faşizmi və ümumiyyətlə İran adlanan ölkənin opozisionu sayılan bütün sağçı,solçu sözdə demokrat qüvvələri,quzey Azərbaycanın Rusiya işğalı və onun müstəmləkəsindən qurtulmasından olduqca rahatsız olub və onun öz   istiqlaliyyətini əldə etdiyi gündən etibarən,ona qarşı olan öz qəzəb və nifrətlətini gizlətməmiş və hər fürsətdə onu aydıncasına göstərmişlər.Bu sözdə siyasi qüvvələrin hamısı istinasız,ırqçı və müstəmləkəçi İslam rejimilə birlikdə,Türk millətimizlə yanaşı var güclərilə Azərbaycan dövlətçiliyinə qarşı olmuşlar. Onlar heç utanmadan və həyasızcasına hər zaman Erməni cinayətkarı və qondarma Ermənistan dövlətinin yanında olub,onların Qara Bağ və çevrəsindəki işğalçılıq siyasətini dəstəkliyib,hər cürə iqtisadi,siyasi və nizami yardımlarından əsirgəməmişlər.Onlar,Azərbaycanın istiqlaliyyətilə heç bir zaman barışmayacaqlarını çox açıq şəkildə ortaya quyub və sonsuza qədər bu düşmənçilik siyasətini davam etdiklərindən vaz geçmiyəcəklərini açıqcasına söyləməkdən belə hətta çəkinmirlər.Bu gün qəddar İslam Fars rejiminin tənqidçisi və sözdə ona qarşı olan və hazırda opozisionunda yer alan Əkbər Gənci,Azərbaycan öz istiqlaliyyətini əldə etdiyi zaman,bu rejimin Türkiyədəki elçiliyində fəaliyyət göstərmişdir.İran İslam rejiminin Savamasının yaranmasının ilk qurucularından olan və bu yolda böyuk əmək qoyan indiki bu sözdə "Fars demokrat" verdiyi öz müsahibəsində, Azərbaycan dövlətinin bir qarış böyüklüyündə ərazidə də yaranmasına qarşı olduğunu açıqcasına söyləmişdir.Yainki bu gün islahatçılardan və sözdə "Azərbaycanlı" olan Əbdüləli Zadə kimi bir alçaq manqurt,yenə həmin dövrüdə və Haşemi Rəfsəncaninin prezidentliyi dönəmində,quzey Azərbaycan cümhuriyyətinin həmən işğal edilməsini,bu Azərbaycanın birinci və qatı düşməni olan Rəfsəncaniyə təklif etmişdir.Lakin bu təklif,durumun olduqca həssas olduğundan və bəzi siyasi mülahizələr nədənilə,İran dövlətinə ağır nəticələrlə qurtula biləcəyindən dolayı,qəbul edilməmişdir.Qeyd etməliyik ki, Rəfsəncaninin oğlu,Əbdüləli Zadənin kürəkənidir.Azərbaycan,hakimiyyətdə olan Fars faşizmi və onun muxalifəti sayılan bütün şovinist qollarının millətimizə qarşı tutduqları bu düşmənçilik mövqelərini heç bir zaman unutmayıb və həmişə öz tarixi yaddaşında saxlıyacaqdır.

Azərbaycan sosial demokrat partisi(güney),Azərbaycanda sekolar və modern bir  hüquq dövlətinin yaranmasından yana olub,Quzey Azərbaycanda iqtidar və muxalifət demədən,hər nədən öncə və  birinci nöbədə Azərbaycan dövlətçiliyinin müdafiəsini,özünün ilk və əsasi vəzifələrindən sayır və hər zaman onun arxasında olduğunu elan edir.ASP(güney),eyni halda Quzey Azərbaycanda kəsinliklə sülalə hakimiyyətinə,koropsiya,rüşvət xorluq və hər cürə tayfabazlıqlara qarşı olub,heç bir əngəl olmadan bütün fərdi,ictimai və siyasi azadllıqların təmini və onun təzmin olunmasından yana olmuşdur.

İran islam fars hakimiyyəti,Quzey Azərbaycan cümhuriyyətində öz dəxalətinə və təxribatçılığ işlərinə son verlməlidir!

Yaşasın Azərbaycan Türk millətinin birlik,bərabərlik və dayanışması!

27.05.20.12

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter