English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئی آذربایجان قورتولوش پارتیاسی‌نین آزربایاجان خالق جبهه‌سی پارتیاسی‌نین صدری علی کریم‌لی بیین شوبهه‌لی توتومو ایله باغلی آچیقلاماسی!

Əziz Millətimiz!

Əli bəy Kərimlinin fondamentalist rejimin lideri Xameneyi cənablarına və İran farsçı rejiminə qarşı simpatik davranışlarının dərin boyudları Güneyli soydaşlarımı nigəran etdiyi kimi bizi də tədirgin etməkdədir. Biz, belə davranışların gündəm halinə gəlməsini inanmaq istəməsək də, qaynaqların bəlli olduğu və Quzeyin gündəmini bizə yetirən jurnalist dostların təsdiğindən sonra acı gərçəkləri inanmaqdan başqa yolumuz qalmamışdır.

İllərdir Əli bəyi yaxından tanıyan bir milli-siyasi partiya kimi belə qənaətə gəlirik ki, AXCP lideri böyük bir milli-siyasi çəlişgi içindədir.

Təbrizdə buna bənzər bir deyim var: “ Səndən elə bezmişəm ki, qatığa ağ desən, qara diyəcəyəm!” Əli bəyin bugünkü halını bu deyimə bənzətmək heç də yersiz deyildir. Belə ki, Əli bəy, nəyin bahasına olursa-olsun müxalifət adına müxalif pozisiyonu yaratmağa çalışır. O, bir çox hallarda makiyavilisti tutumun ilə yeri göyə və göyü yerə dikmək istəyir. Biz, onun belə siyasi yöntəmilə işimiz yoxdur. Və çox haqlı olaraq da, Quzeyimizin siyasi partiyalarının iqtidar yolunda olan mübarizə tərzlərinə qarışmaq istəmirik. Ancaq, bu mübarizə yoluna Güneyin milli-qurtuluş savaşı qatılarsa, sözsüz ki gözlərimizi və qulaqlarımızı dörd açacayıq.

AXCP sədrinin farsçı rejimə qarşı Bakıda geçirilən ardı-ardına piketlərdən rahatsız olduğu inanılmaz sorğu işarətləri doğurur. AXCP sədrinin Azərbaycan Türk gəncliyinin qaldırdığı farsçı rejimə qarşı plaketlərini və şüarlarını pisləməsinin altında bilər-bilməz bir gizli Xameneyiçilik və İranpərəstlik izləri görünməkdədir. Sözsüz ki, bu bir suçlama deyil, bəlkə bir siyasi davranışdan ortaya gələn zənndir. Əli bəy Kərimlinin Güneyə qarşı sürəkli mühafizəkar tutumu ilə “Azərbaycan Milli Hərəkatı” çoxdan tanışdır. Bu qardaşımızın illər boyu belə çəlişgili siyasət yurutməsinin Güneydəki görüntüsü yavaş-yavaş netlik qazanmaqdadır. Bu netlik isə, AXCP sədrinə və Elçibəy partiyasına heç də xoş deyildir.

Əli bəy, Güneyin durumunu bilən liderlərdən biridir. Ortada olan gərçəklərin Əli bəy üçün gün kimi aydın olmasında kimsənin şübhəsi yoxdur. Əli bəy, Güneydə olan rejimə bağlı axundlara qarşı geniş nifrətin olduğunu yaxşı bilir. O, 35 milyon soydaşının farsçı rejimin əlilə əsir düşməsini, vətənimizin irqçı düşmənlər əlilə pərəm-parça olduğunu, 87 illik Şah-Xumeyni farsçı rejimlərinin qeri fars etnuslara qarşı etnik, dil, kültür və siyasal-sosial aparteid siyasətinin yürüdülməsini hər kəsdən yaxşı bilir.

AXCP sədrinin ölməz öndər Elçibəydən sonra ki zamanlarda Güneyin Quzeydə səsi olması gözlənilirkən, Güneydə olan gündəlik olaylardan yan gəzməsi və sürəkli mühafizəkar davranışları xəyalqırıqlığına nədən olmuşdur.Heç şübhəsiz ki, AXCP və ya hər hansı Quzey partiyasının Güneyə olan doğma ilgisi “Azərbaycan Milli Hərəkatı” üçün çox sevindirici və danılmaz dərəcə önəmlidir. Ancaq, Əli bəy kərimli kimi gərçəkləri bilə-bilə tərs göstərən, Güney və İran faktorundan bir siyasal koz kimi hakimiyyətə qarşı istifadə etməyə çalışanların çirkin oyunları çox pis hava yaratmaqdadır.Güney Azərbaycan Qurtuluş Partiyası, AXCP-nin Azərbaycan Türk Milləti üçün nə anlam daşıdığını yaxşı bilir.

Ulu Öndər “Ə. Elçibəy”-in yaratdığı və məramnaməsinin həmən ilk bəndlərində “Bütöv Azərbaycan” ideyasını dəyişməz bir milli dava gərəyi kimi elan etməsinin ömründən bir o qədər də geçməmişdir. Qardaş təşkilatın, bütövlüyümüzün ən baş əngəli olan panfaşist farsçı rejimin baş memarına belə sempatikləşməsinin anlamı nə ola bilər? Xameneyi bir dispot şovinist və geriçi bir fondamental siyasal şiə lideridir. Bu insanın Azərbaycanın Güneyində hər hansı dini və ya siyasi lider fonksiyonu yoxdur. Bu şəxs sadəcə şovinist şiə-fars sisteminin başçısıdır. Onun Güney Azərbaycanda milyonlar sevdalısı olması əfsanəsi sadəcə məyub düşüncə məhsulu olabilər.

Əli bəy tərəfindən Tehrana göstərilən zeytin dalı mesajı, ya siyasal durğunluqdan doğal yeni yol axtarışıdır və ya böyük bir oyunun siqnallarıdır.Hər kəsin bilməsi gərəkən bir gərçək bu ki, 1986-ci ildə həmin Xameneyi və Xumeynilər əlilə şəhid düşən Türk din mərcəyi “Böyük Ayyətullah Şəriyyətmədari”dən sonra nəinki Azərbaycanın dini rəhbəri olmamışdır. Tərsinə, bütün farsçı dini başçılar əsir millətimizin tanrı verdiyi ilkin haqlarının vaz geçirilməz düşməni olmuşdurlar. Farsçı rejim bir sistem olaraq türklük düşmənliyi dabanları üzərində qurulmuşdur. Bu rejimin başında kim olursa olsun “Azərbaycan Türk Milləti”nin vaz geçirilməz düşmənidir. Bunu Əli bəy kimi gənc liderlərin bilməsi və bir kərə bilməsi su və hava kimi lazimdir!

Sayın Əli bəyin dediyinə görə: “Münasibətlərin gərginləşməsi heç bir ölkənin xeyrinə deyil. Şəxsi məsələlərlə bağlı iki ölkə arasında gərginlik yaradılması da düzgün deyil”.Sayın Əli bəyin siyasi anlayışına biraz diqqətlə yanaşarsaq, hər sözünün dərinliyində böyük bir mesajın olduğunu görə bilərik. Əli bəy, İran adlanan ölkənin 20 illik Azərbaycan dövlətçiliyinə qarşı düşmən siyasətini görməməzlikdən gəlir. O, İran dövlətinin Azərbaycan varlığına olan dərin nifrətini ölkə başçısı cənab İlham Əliyevə bağlamaqla, bir yandan Azərbaycan-Farsistan (Türk-Fars) ilişgilərinin antiqonisti doğmalığına kölgə salır, diyər yandan isə, “Mən olsam farsçı rejimə qarşı quş uçurmaram belə!” mesajını verməyə çalışır. O, diplomatik dil işlətməyə çalışarkən də ardı-ardına, yalnışlıqlara yol verir. Və İran rəsmilərinin yalan və qərəzli statuslarına rəsmiyyət verərək “Azərbaycan Milli Hərəkatı”nın verdiyi 35 milyonluq Güneyli soydaşlarımızın sayısını ən yüksək 28 milyona yendirir. Əli bəyə unutdurmamaq gərəkir ki, Güneydə möhtəşəm bir Azərbaycan Milli Hərəkatı vardır. Bu Hərəkatın öz statusları, dünya görüşləri və milli-siyasi fəlsəfəsi vardır. Azərbaycan Milli Hərəkatının farsçı rejim tərəfindən yayılan hesablanmış verilərə və bilgilərə ehtiyacı yoxdur.

AXCP sədri Əli Kərimli Cənabları!

1.      Siyasətin danışmaq qədər danışmamaq luksu da vardır. Bəzən danışmamaq danışmaqdan daha çox qazanc vericidir. Özəlliklə Güneylə bağlı Quzeydə səslənən hər hansı milli-siyası tutumun olumlu-olumsuz etgisi biran milli fəalların içində özünü əks etdirər.

2.      Güney və Qarabağ sorunları iqtidar-müxalifət tanımaz. Güney və Qarabağ, Azərbaycan Türkləri üçün siyasət ötəsi bir ulusal davadır. Bu gün, İlham bəyin siyasi duruşu Güneyə yönəlik bir müsbət üfüqü göstərirsə, AXCP və Musavat liderlərin onu daha da dalğalandırması və milli ideolojik qata yüksəltməsi gərəkir. Yoxsa, iqtidarı uduzma acısının ardından yükünü heç qaldıramayacaq Güney Azərbaycanı uduzma fəlakəti ilə də baş-başa qalmaq təhlükəsi qaçırılmazdır.

3.      Siz, Ulu Elçibəyin qoyduğu milli-siyasi kursun iddeaçılarından biri kimi, o böyük yolbayın düşüncələrini unutdurmamalısınız. Bu gün, Güneyin milyonlarca millətçi bozqurdunun ürəyində Elçibəy ideyalları yaşamaqdadır. Sizin, bu yaşamın harasında yeriniz vardır sayın Əli bəy!?

4.      Güney Azərbaycanın milli qurtuluş mücadiləsinin ağırlığını qaldıra bilməyən Tehran mollararı, əllərini kala-kozə atmaqdadırlar. Özəlliklə Quzeyimizin gündən-günə parlaması farsçı şovinistlər üçün ölümçül kabuslar yaradır. Tehran faşistlərinin bu qorxudan qurtuluşları yoxdur. Zamanın hökmünü geri çevirmək imkansızdır. Sizi, bu sürəcin uduzan tərəfi yanında görmək istəmirik.

5.     1925-ci ildə, Qacar Türk Dövlətçiliyinin Rus-İngiltərə iş birliyilə düşmüşdür. Bu düşüşün ardından fars rejim, sistemləşmiş “İran Mərkəzli Farsçı Düşüncə” dövlətçiliyini Türk düşmənliyi özülü ilə qurmuşdur. Bu isə, 87 illik qalib-məğlub etnus ilişgilərinin bariz örnəyidir. Fars faşizmi bu sürəc içində ən ağır milli təhqirləri və alçadıcı assimilyasia siyasətinin baş aktoru olmuşdur. Bizim siyasətçilərimizin bu dərin fəlakəti görməmək haqları yoxdur.

6.     İstər iqtidar, istərsə müxalifət partiyaları heç zaman normal olmayan və OLAMAYAN Azərbaycan –Farsistan ilişgiləri üzərində normal xəyallar qurmağa haqları yoxdur. Milli savaşın öz qaydaları vardır. Bu qaydanın başında Rus-Azərbaycan savaşlarından ortaya gələn Gülüstan-Türkmənçay anlaşmalarının qəbul olunmazlığı dayanır. Bu, o deməkdir ki, Millət birdir, Vətən birdir! Bu birliyi və bütövlüyü pozanlar, bu Millətin və bu Vətənin düşmənləridir. Bunlara quyruq bulayanlar isə, düşməndən bətər milli xayinlərdirlər. Biz, sevdiyimiz, dəyər verdiyimiz hər hansı iqtidar və müxalifət partiya yetgililərimizin belə pozesiyonda olmasını diləmirik.

7.     Təbriz və Tehranda farsçı rejimin çomağçıların Azərbaycan konsolluğuna və səfirliyinə hücümü zamanı İlham Əliyev ünvanına ən utanc verici və iyrənc söyüşlər səslənmişdir. Sözsüz ki, bu iyrənc söyüşlərin adressi İlham Əliyev yox, tam-tamına Azərbaycan dövlətçiliyi idi. Sizin dediyinizə görə, Bakıda Xameneyiyə qarşı “bu şəkildə tənqid və təhqir olunması milli maraqlarımıza ziddir və düzgün deyil”. Bəs Təbriz və Tehranda farsçı rejimin qolçomaqlarının Azərbaycan Prezidentinə qarşı qat-qat ağır təhqir və tənqidlərə nə münasibətiniz vardır. Olmaya, 14-cü əsrin din ortudoksuluğu toxunulmazlığı laik və sekolar Azərbaycanda baş qaldırmaqdadır!

8.      Əziz qardaşımız, bugün Təbrizin “Qurd Dərəsi”-ndə (millətin Səhənd istadina verdiyi ad.) 100 min gənc soydaşınız, 10-larca ulusal şüarın yanı-sıra,“Federasiyonu İran, Düşməne Azərbaycan” şüarı verirlər. Bu şüarın qabığını syun. Baxacaqsınız ki, ortaya çıxan şüar “İran, Düşməne Azərbaycan”dır! Bunu siyasi partiyalar deyil, ayaqlanmış olan gəncmiz deyir. Siz, gəncliyimizin səsini daha ərkən, daha çevik duymalısınız.  Siz, qarşınızda qurulan Tehran duzaqlarına düşməməlisiniz. Ən azından 20-illik siyasi təcrübənizlə, belə boşluqlara yol verməməlisiniz. Nə olursa-olsun İlham Əliyev bugün Azərbaycanı təmsil edir. Və nə olursa da-olsun Xameneyi isə Türk düşməni olan İran farsçı rejimini təmsil edir! Bunların fərqini görməmək milli fəlakətimizin eyni deyilmi, əziz Əli bəy!?

Güney Azərbaycan Qurtuluş Partiyası

Yönətim Qurulu

2012-05-26

İlgili qaynaqlar:

http://azveteran.com/component/content/article/49-manset/508-muenasibtlrin-grginlmsi-hec-bir-oelknin-xeyrin-deyil.html

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter