English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

بابکین دوغوم گونو موناسیبتیله اورتاق بیل‌دیری!

Babəkin doğum günü münasibətilə ortaq bildiri!

Dəyərli yurddaşlar!

Hər millətin tarixində dərin izlər buraxan və onun tarixi yaddaşından heç bir zaman silinməyən elə bir hərəkətlər və ona öndərlik edən şəxsiyyətlər olmuşdur ki,o millətlər yaşadıqca onlarda yaşayacaqlar.Vətənimiz Azərbaycanda Xurrəmilər hərəkatı və ona başçılıq edən ulu Babək də,o sıralarda olan unudulmaz tarixi şəxsiyyət və milli qəhrəmanlarımızdan biridir.

Ulu Babəkin doğum günü ərəfəsindəyik.Tir ayının 10-u(yulinin 2-si) Azərbaycanın böyük qəhrəmanı,azadlıq-bərabərlik və ədalət carçısı,sədaqət,cəsarət və igidlik simgəmiz olan Babəkin doğum günüdür.Bu qutsal gün Türk millətimizə qutlu olsun.

Sevimli vətəndaşlar!

Bu gün Azərbaycan səmalarında elə bir ulduz parlamışdır ki,onun saçdığı ışıq təkcə Azərbaycanı yox,bəlkə onun sərhədlərindən çox-çox uzaqlarda belə parlamışdır.Babək,vətənimiz Azərbaycanı Abbasi Ərəb Xəlifələrinin ırqçılığa dayanan işqalçılığına son vermək üçün,23 il onların bu işqalçılıq və zülmünə qarşı millətimizi ayağa qaldırıb və Xilafət qoşunlarına qarşı başlatdığı amansız mübarizəsinə böyük bacarıq və fədakarlıqla durmadan öndərlik etmişdir.

Babək,vətənin qurtuluşunu,millətinin səadətini,bərabərliyini və bütün insanların qul və kölə kimi yox,bəlkə tam sərbəst və azad yaşamasını hər nədən üstün tutaraq yalnız Abbasi Xilafətinin işqalçılığına deyil,eyni halda sapı özümüzdən olan baltalara qarşı və indidə olduğu kimi pul,məqam,sərvət,şöhrət düşkünləri olan satqın Azərbaycanlılar əleyhinə də mübarizə aparıb,böyük qələbələr əldə edərək yurdumuzu yağı düşmənlərdən qurtarmışdır.

Yurdsevər vətəndaşlar!

Tarix elə bil bu gündə tikrar olmaqdadır.Ərəb qoşunlarının Azərbaycanı işqal etməsindən və Babək qiyamından 1200 ildən artıq geçsədə,gərçək budur ki,hazırda işqalçının adı dəyişmişdir.Yəni dünənki Abbasi Xilafəti yerində bu gün onlardan daha qəddar,daha rəhimsiz və üstəlik onlardan dahada qatı ırqçı olan İran yaxud Fars müstəmləkəçiləri oturmuşdur.

Bəli,bu gün hər kəsə qutsal və əziz olan ana vətənimiz Azərbaycan,başda İran İslam rejimi olmaqla Fars faşizminin qanlı çəkmələri altında bir müstəmləkə olaraq,olduqca acınacaqlı və dözülməz bir durumda həyat mücadiləsi verməkdədir.

Bu gün 30 milyondan artıq olan Türk millətimiz,eyni Babək çağında olduğu kimi, hətta o dövrüdən belə daha da qat-qat ağır şərtlər altında tamamilə haqsız və hüquqsuz,Fars şovinizminin boyun duruğu altında qul və kölə kimi  yaşamağa məhkum edilmişdir.Belə bir miskin həyat,tarix boyu baş uca  və şərəflə yaşayan və böyük imperiyalar yaradan həmdə,zəngin mədəniyyətə malik olan ulu millətimizə heç yaraşarmı!?Bu gün Azərbaycan Türk milləti belə bir duruma son qoymaq üçün yenə də ayağa qalxmışdır.O,əl-ayağına bağlanan zəncirləri həmişəlik qırıb atmaq əzminə gələrək,bütün haqlarını əldə etmək üçün var gücüilə öz haqlı milli qurtuluş mücadiləsini davam etdirir.Azərbaycan Türk milləti, öz geçmişindən dərs alaraq bütün güc və əzmi ilə öz şanlı və gərçək tarixini yenidən yaratmaqdadır.

Sevimli bacı qardaşlar,bu gün çökməkdə olan ırqçı İran islam rejimi dərin bir siyasi,iqtisadi və ictimai böhranlarla qarşı-qarşıya gələrək son durağına çatmışdır.Bu totaliter və terorçu rejim öz əsasını qan üzərində qoymuşdur.On minlərlə fərqli siyasi düşüncə və əqidəyə malik olan suçsuz insanları ağır və qeyri insani işkəncələr altında və yaxud 10-15 dəqiqəlik gülünc məhkəmələrdən sonra vəhşicəsinə öldürən bu rejim,dünyanın ən qəddar və siyasi baxımdan ən heysiyyətsiz və rəzil rejimlərindən biri sayılır.

Bəşəriyyətin böyük fədakarlıqlar və qanlar bahasına əldə etdiyi demokrasi və azadlıq idiyalarına əsasdan qarşı olan və dönə-dönə onları lağa qoyub təhqir edən bu rejim,bütün insanların amalları olan bu idialların tam zidd mövqeyində dayanmışdır.Mədəni,sinfi və siyasi azadlıqlar İran adlanan ölkədə tamamilə qadağandır.Siyasi əqidə və düşüncə baxımından öz dar çərçivələrində olan fanatik dinçi qrup və qurumlardan başqa,bütün siyasi qurum və partilərin fəaliyyətinə qadağa qoyulmuşdur.

İran adlanan ölkədə bütün Fars olmayan millətlərə,özəlliklə Türk millətimizi ağır basqılara məruz qoyan bu ırqçı rejim 33 ildir ki,yalan vədələr,boş və quru sözlərlə yanaşı,tam diktatorluq,zorakılıq və cinayətkarlıqla öz qanlı qadalı həyatını sürdürməkdədir.Ağır və dərin ictimai,iqtisadi və siyasi böhranlar içində çabalayan hakimiyyət,hazırda sadəcə ayaq üstə qalmaq mücadiləsi verməkdədir.             Bu yalançı rejim,hətta özünün yazdığı ana yasanı belə həyata keçirməkdən qorxur.

Ölkədə hakim olan belə bir böhranlı və gərgin durumla yanaşı,son illərdə Amerika başda olmaqla Qərb dövlətləri tərəfindən İran rejiminin atom sorunu ilə bağlı uyqulanan iqtisadi embarqolar,siyasi baykotlar və pisikolojik savaşlar,bu müsttəmləkəçi və faşist rejimi tam bir çıxılmaz duruma qarşı-qarşıya gətirmişdir.

Ortadoğuda,totaliter rejimlərə qarşı"Ərəb Baharı"adıyla Ərəb millətlərinin demokrasi uğrunda apardıqları mübarizə,böhranlar içində olan iran rejimini dahada qorxuya salıb və buda  özəlliklə Güney Azərbaycanın əmniyyəti bölgə elan edilməsinə səbəb olmuşdur.

İrqçı Fars rejimləri Güney Azərbaycanı öz müstəmləkələrinə çevirərək,onun bütün yeraltı və yerüstü sərvətlərini talayıb Fars olan bölgələrə xərcləyir.Azərbaycanın Təbriz və bir iki şəhəri istisna olmaqla,heç bir şəhərində böyük fabrik və iş yerlərindən heç bir əsər-əlamət yoxdur.İşsizlik özəlliklə gənclər  və universitet məzunları içində iş yerlərinin olmaması nədənilə hədsiz dərəcədə çoxdur.Azərbaycanlı ailələr,özəlliklə gənclərimizin burada heç bir gələcəyi olmadığı üçün,öz kənd və şəhərlərini yəni ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalıb,iş və bir tikə çörək üçün öz cənnətimizi buraxıb,Fars şəhərləri və cəhənnəm sayılan çöllük bölgələrinə köçürlər.Beləliklədə kənd və şəhərlərimiz buşalıb və xarabazarlığa çevirilir.Azərbaycan Türkləri öz əbədi və əzəli ata-baba yurdlarından köçdükdə,ırqçı və müstəmləkəçi fars rejimi Kürdləri Azərbaycanın batısında özəlliklədə Urmu,Salmas,Sulduz,Makı,Tikan Təpə,Sayın Qala və başqa şəhərlərdə açıq və planlı şəkildə yerləşdirməkdədir.Bu rejim Azərbaycanın batısındakı milli tərkibi Kürdlərin xeyrinə dəyişməklə,uzun sürədirki,vətətimizin bu bölgələrində Kürdləşdirmə siyasəti aparmaqdadır.Yəni açıq desək,qatı Türk düşməni olan  İran islam rejimi,neçə ildir ki terorçu Kürd təşkilatlarını dəstəkləyib,onlara  yardım etməklə Azərbaycan Türklərinə qarşı qanlı bir senariyo hazırlamaqdadır.Müstəmləkəçi Fars hakimiyyətinin etdiyi bu cinayətlər yetməyib deyə,eyni halda bilərəkdən Urmu gölünü məqsəd yönlü qurutmaqla da məşqul olub və insanlığa qarşı ağıla sığmayan cinayətlərilə  Azərbaycanı həmişəlik yer üzündən silmək niyyətində olmuşdur.

Bizim düşüncəmizə görə,çağımız bütün zülm altında və müstəmləkə olan millətlərin qurtuluş çağıdır.dünyanın dörd bir bucağında müstəmləkəçiliyə məruz qalan millətlər öz haqlarını əldə etmək üçün ayağa qalxıb,ciddi şəkildə mücadilə verməkdədirlər.Azərbaycan Türk millətidə dünyanın başqa zəncirdə olan millətləri kimi azad və öz gələcəyini özü bəlirləmə niyyətindədir.O,bütün haqlarını əldə etmək,əsarət zəncirlərini qırmaq,nə təhər yaşadığını və taleyini özü bəlli etmək istəyir.Bu hər millətin doğal haqqıdır və dünyanın heç bir gücü bu qutsal istəyə manə ola bilməmişdir.

Bu gün hər bir şərəfli və qeyrətli vətən övladı Azərbaycanın çıxarlarını öz şəxsi və mənsub olduğu təşkilat və qurumların çıxarlarından üstün tutaraq,yalnız  vətənimiz və Türk millətimizin  mənafei naminə və onun xoşbaxt gələcəyi üçün birləşməlidir.Bu hər kəsin boynuna düşən ən  əsasi iş və acil vəzifədir və hər kəsdən də böyük bir məsuliyyət tələb edir.

Azərbaycan milli hərəkatı tamamilə müstəqil,demokratik və mədəni bir hərəkatdır və necə ki əməldədə də göstərmişdir,İran adlanan ölkənin heç bir mərkəziyyətçi parti,qurum və İran adlı hərəkətlərlə heç bir ilgi və ilişgisi yoxdur.Bu gün Azərbaycan Türk milləti,milli şüur baxımından öz gəlişməsilə millət-dövlət səviyəsini başa vurmuş və milli glubal düzən qayda qanunlarına uyqun olaraq modern və çağdaş millət və dövlətlərlə çağımıza uyğun düzgün əlaqələrini qurmaq istəyir.

Bütün bu qutsal amaclara ulaşmaq və onları əldə etmək üçün qarşımızda duran ən vacib və əsasi şərtlərdən biridə təşkilatlanmaqdır.Birləşib və təşkilatlanmadan, heç bir iş görmək mümkün deyil.Hər bir vətən sevər Azərbaycan Türkü olduğu hər yerdə,işlədiyi hər idarə və ya fabrikada,oxuduğu hər oxul və universitetdə, yaşadığı hər bir məhəllə və yaxud kənddə bir-iki fikirdaşıyla birlikdə seçdiyi və bəyəndiyi hər parti və qurumun həstələrini qurub və onlarla əlaqə yaratmalıdır.

Azərbaycanın böyük qəhrəmanı ulu Babəkimizin doğum günü ərəfəsində,bu acınacaqlı duruma son qoyub,vətənimizi,millətimizi bu əsarət və fars faşizminin müstəmləkəçiliyindən qurtarmaq üçün əl-ələ,çiyin-çiyinə öz milli qurtuluş mücadiləmizi durmadan davam etməliyik.

Biz vətən uğrunda,millət yolunda iyicə döyüş və mübarizəni ülvi babamız ulu Babəkdən öyrənməliyik.

Biz aşağıda adı gedən parti və qurumlar,Babəkin doğum günü münasibətilə bütün Türk millətimizi ürəkdən qutlayıb və onun Fars müstəmləkəçiliyinə qarşı və öz insani və haqlı ölüm-qalım mücadiləsində böyük başarılar və uğurlar diləyirik.

Eşq olsun vətənimizin azadlığı uğrunda tökülən müqəddəs qanlara!

Yaşasın Azərbaycanımızın qurtuluşu yolunda bərabərliyimiz və birliyimiz!

1- Azərbaycan sosial demokrat partisi(güney)- ASP(güney)

2- Azərbaycan öyrənci hərəkatı!- AZOH

3- Güney Azərbaycan demokrat partisi!- GADP

4- Güney Azərbaycan Türk dirçəliş təşkilatı

5- Vahid müstəqil Azərbaycan cəbhəsi!- VMAC

6- Yeni Güney Azərbaycan milli oyanış hərəkatı!- Yeni GAMOH

28.06.2012

بابکین دوغوم گونو موناسیبتیله اورتاق بیل‌دیری!

دیرلی یوردداش‌لار!

هر میللتین تاریخینده درین ایزلر بوراخان و اونون تاریخی یادداشین‌دان هئچ بیر زامان سیلینمه‌ین ائله بیر حرکت‌لر و اونا اؤندرلیک ائدن شخصیت‌لر اولموش‌دور کی،او میللت‌لر یاشادیقجا اونلاردا یاشایا‌جاق‌لار.وطنیمیز آذربایجاندا خوررمی‌لر حرکاتی و اونا باشچی‌لیق ائدن اولو بابک ده،او سیرا‌لاردا اولان اونودولماز تاریخی شخصیت و میللی قهرمان‌لاریمیزدان بیری‌دیر.

اولو بابکین دوغوم گونو ارفسیندییک.تیر آیی‌نین 10-او(یولی‌نین 2-سی) آزربایجانین بؤیوک قهرمانی،آزادلیق-برابرلیک و عدالت جارچی‌سی،سداقت،جسارت و ایگیدلیک سیمگه‌میز اولان بابکین دوغوم گونودور.بو قوتسال گون تورک میللتیمیزه قوت‌لو اولسون.

سئویم‌لی وطنداش‌لار!

بو گون آذربایجان سما‌لاریندا ائله بیر اولدوز پارلامیش‌دیر کی،اونون ساچدیغی ایشیق تکجه آذربایجانی یوخ،بلکه اونون سرحدلرین‌دن چوخ-چوخ اوزاق‌لاردا بئله پارلامیش‌دیر.بابک،وطنیمیز آذربایجانی عباسی عرب خلیفه‌لری‌نین ایرقچیلیغا دایانان ایشقالچی‌لیغینا سون وئرمک اوچون،23 ایل اونلارین بو ایشقالچی‌لیق و ظلمونه قارشی میللتیمیزی آیاغا قالدیریب و خیلافت قوشون‌لارینا قارشی باشلاتدیغی آمان‌سیز موباریزه‌سینه بؤیوک باجاریق و فداکارلیقلا دورما‌دان اؤندرلیک ائتمیش‌دیر.

بابک،وته‌نین قورتولوشونو،میللتی‌نین سادتینی،برابرلیگینی و بوتون اینسان‌لارین قول و کؤله کیمی یوخ،بلکه تام سربست و آزاد یاشاماسینی هر ندن اوستون توتا‌راق یالنیز عباسی خیلافتی‌نین ایشقالچی‌لیغینا دئییل،عینی حالدا ساپی اؤزوموزدن اولان بالتا‌لارا قارشی و ایندیده اولدوغو کیمی پول،مقام،ثروت،شؤهرت دوشکون‌لری اولان ساتقین آذربایجان‌لی‌لار علیهینه ده موباریزه آپاریب،بؤیوک قلبه‌لر الده ائده‌رک یوردوموزو یاغی دوشمن‌لردن قورتارمیش‌دیر.

یوردسئور وطنداش‌لار!

تاریخ ائله بیل بو گونده تیکرار اولماقدا‌دیر.عرب قوشون‌لاری‌نین آذربایجانی ایشقال ائتمه‌سین‌دن و بابک قیامین‌دان 1200 ایلدن آرتیق گئچسه‌ده،گرچک بودور کی،حاضردا ایشقالچی‌نین آدی دییشمیش‌دیر.یعنی دوننکی عباسی خیلافتی یئرینده بو گون اونلاردان داها قددار،داها رحیم‌سیز و اوسته‌لیک اونلاردان داهادا قاتی ایرقچی اولان ایران یاخود فارس موستملکچی‌لری اوتورموش‌دور.

بلی،بو گون هر کسه قوتسال و عزیز اولان آنا وطنیمیز آذربایجان،باشدا ایران ایسلام رئژیمی اولماقلا فارس فاشیزمی‌نین قان‌لی چکمه‌لری آلتیندا بیر موستملکه اولا‌راق،اولدوقجا آجینا‌جاق‌لی و دؤزولمز بیر دورومدا حیات موجادیله‌سی وئرمکده‌دیر.

بو گون 30 میلیون‌دان آرتیق اولان تورک میللتیمیز،عینی بابک چاغیندا اولدوغو کیمی، حتی او دؤورودن بئله داها دا قات-قات آغیر شرط‌لر آلتیندا تامامیله حاق‌سیز و حقوق‌سوز،فارس شووینیزمی‌نین بویون دوروغو آلتیندا قول و کؤله کیمی  یاشاماغا محکوم ائدیلمیش‌دیر.بئله بیر میسکین حیات،تاریخ بویو باش اوجا  و شرفله یاشایان و بؤیوک ایمپئریا‌لار یارا‌دان همده،زنگین مدنیته مالیک اولان اولو میللتیمیزه هئچ یاراشارمی!؟بو گون آذربایجان تورک میللتی بئله بیر دوروما سون قویماق اوچون یئنه ده آیاغا قالخمیش‌دیر.او،ال-آیاغینا باغ‌لانان زنجیرلری همیشه‌لیک قیریب آتماق ازمینه گله‌رک،بوتون حاق‌لارینی الده ائتمک اوچون وار گوجویله اؤز حاق‌لی میللی قورتولوش موجادیله‌سینی داوام ائتدیریر.آذربایجان تورک میللتی، اؤز گئچمیشین‌دن درس آلا‌راق بوتون گوج و ازمی ایله اؤز شان‌لی و گرچک تاریخینی یئنی‌دن یاراتماقدا‌دیر.

سئویم‌لی باجی قارداش‌لار،بو گون چؤکمکده اولان ایرقچی ایران ایسلام رئژیمی درین بیر سیاسی،اقتصادی و اجتماعی بحران‌لارلا قارشی-قارشییا گله‌رک سون دوراغینا چاتمیش‌دیر.بو توتالیتئر و تئرورچو رئژیم اؤز اساسینی قان اوزرینده قویموش‌دور.اون مین‌لرله فرق‌لی سیاسی دوشونجه و اقیده‌یه مالیک اولان سوچ‌سوز اینسان‌لاری آغیر و قئیری اینسانی ایشکنجه‌لر آلتیندا و یاخود 10-15 دقیقه‌لیک گولونج محکمه‌لردن سونرا وحشیجه‌سینه اؤلدورن بو رئژیم،دونیانین ان قددار و سیاسی باخیم‌دان ان حیثیت‌سیز و رزیل رئژیم‌لرین‌دن بیری ساییلیر.

بشریتین بؤیوک فداکارلیق‌لار و قان‌لار باهاسینا الده ائتدیگی دئموکراسی و آزادلیق ایدیا‌لارینا اساس‌دان قارشی اولان و دؤنه-دؤنه اونلاری لاغا قویوب تحقیر ائدن بو رئژیم،بوتون اینسان‌لارین آمال‌لاری اولان بو ایدیال‌لارین تام ضد مؤوقئیینده دایانمیش‌دیر.مدنی،سینفی و سیاسی آزادلیق‌لار ایران آدلانان اؤلکه‌ده تامامیله قاداغان‌دیر.سیاسی اقیده و دوشونجه باخیمین‌دان اؤز دار چرچیوه‌لرینده اولان فاناتیک دینچی قروپ و قوروم‌لاردان باشقا،بوتون سیاسی قوروم و پارتی‌لرین فعالیتینه قاداغا قویولموش‌دور.

ایران آدلانان اؤلکه‌ده بوتون فارس اولمایان میللت‌لره،اؤزل‌لیکله تورک میللتیمیزی آغیر باسقی‌لارا معروض قویان بو ایرقچی رئژیم 33 ایلدیر کی،یالان وعده‌لر،بوش و قورو سؤزلرله یاناشی،تام دیکتاتورلوق،زوراکی‌لیق و جینایتکارلیقلا اؤز قان‌لی قادا‌لی حیاتینی سوردورمکده‌دیر.آغیر و درین اجتماعی،اقتصادی و سیاسی بحران‌لار ایچینده چابالایان حاکمیت،حاضردا ساده‌جه آیاق اوسته قالماق موجادیله‌سی وئرمکده‌دیر.             بو یالانچی رئژیم،حتی اؤزونون یازدیغی آنا یاسانی بئله حیاتا کئچیرمک‌دن قورخور.

اؤلکه‌ده حاکم اولان بئله بیر بحران‌لی و گرگین دوروملا یاناشی،سون ایللرده آمئریکا باشدا اولماقلا قرب دؤولت‌لری طرفین‌دن ایران رئژیمی‌نین آتوم سورونو ایله باغلی اویقولانان اقتصادی ائمبارقولار،سیاسی بایکوت‌لار و پیسیکولوژیک ساواش‌لار،بو موستتملکچی و فاشیست رئژیمی تام بیر چیخیلماز دوروما قارشی-قارشییا گتیرمیش‌دیر.

اورتادوغودا،توتالیتئر رئژیم‌لره قارشی"عرب باهاری"آدییلا عرب میللت‌لری‌نین دئموکراسی اوغروندا آپاردیق‌لاری موباریزه،بحران‌لار ایچینده اولان ایران رئژیمینی داهادا قورخویا سالیب و بودا  اؤزل‌لیکله گونئی آزربایجانین امنیتی بؤلگه اعلان ائدیلمه‌سینه سبب اولموش‌دور.

ایرقچی فارس رئژیم‌لری گونئی آذربایجانی اؤز موستملکه‌لرینه چئویره‌رک،اونون بوتون یئرالتی و یئروستو ثروت‌لرینی تالاییب فارس اولان بؤلگه‌لره خرجلییر.آزربایجانین تبریز و بیر ایکی شهری استثنا اولماقلا،هئچ بیر شهرینده بؤیوک فابریک و ایش یئرلرین‌دن هئچ بیر اثر-علامت یوخ‌دور.ایشسیزلیک اؤزل‌لیکله گنج‌لر  و اونیوئرسیتئت مزون‌لاری ایچینده ایش یئرلری‌نین اولماماسی ندنیله حدسیز درجه‌ده چوخ‌دور.آذربایجان‌لی عائله‌لر،اؤزل‌لیکله گنج‌لریمیزین بورادا هئچ بیر گلجیی اولمادیغی اوچون،اؤز کند و شهرلرینی یعنی آتا-بابا یوردلارینی ترک ائتمک مجبوریتینده قالیب،ایش و بیر تیکه چؤرک اوچون اؤز جننتیمیزی بوراخیب،فارس شهرلری و جهنم ساییلان چؤللوک بؤلگه‌لرینه کؤچورلر.بئله‌لیکله‌ده کند و شهرلریمیز بوشالیب و خارابازارلیغا چئویریلیر.آذربایجان تورک‌لری اؤز ابه‌دی و ازه‌لی آتا-بابا یوردلاریندان‌ کؤچدوکده،ایرقچی و موستملکچی فارس رئژیمی کوردلری آزربایجانین باتی‌سیندا اؤزل‌لیکله‌ده اورمو،سالماس،سولدوز،ماکی،تیکان تپه،سایین قالا و باشقا شهرلرده آچیق و پلان‌لی شکیلده یئرلش‌دیرمکده‌دیر.بو رئژیم آزربایجانین باتی‌سین‌داکی میللی ترکیبی کوردلرین خئیرینه دییشمکله،اوزون سوردیرکی،وتتیمیزین بو بؤلگه‌لرینده کوردلشدیرمه سیاستی آپارماقدا‌دیر.یعنی آچیق دئسک،قاتی تورک دوشمنی اولان  ایران ایسلام رئژیمی،نئچه ایلدیر کی تئرورچو کورد تشکیلات‌لارینی دستکله‌ییب،اونلارا  یاردیم ائتمکله آذربایجان تورک‌لرینه قارشی قان‌لی بیر سئناریو حاضرلاماقدا‌دیر.موستملکچی فارس حاکمیتی‌نین ائتدیگی بو جینایت‌لر یئتمه‌ییب دئیه،عینی حالدا بیله‌رک‌دن اورمو گؤلونو مقصد یؤن‌لو قوروتماقلا دا مشقول اولوب و اینسانلیغا قارشی عقلا سیغمایان جینایت‌لریله  آذربایجانی همیشه‌لیک یئر اوزون‌دن سیلمک نیتینده اولموش‌دور.

بیزیم دوشونجه‌میزه گؤره،چاغیمیز بوتون ظلم آلتیندا و موستملکه اولان میللت‌لرین قورتولوش چاغی‌دیر.دونیانین دؤرد بیر بوجاغیندا موستملکچی‌لییه معروض قالان میللت‌لر اؤز حاق‌لارینی الده ائتمک اوچون آیاغا قالخیب،جدی شکیلده موجادیله وئرمکده‌دیرلر.آذربایجان تورک میللتیده دونیانین باشقا زنجیرده اولان میللت‌لری کیمی آزاد و اؤز گلجیینی اؤزو بلیرلمه نیتینده‌دیر.او،بوتون حاق‌لارینی الده ائتمک،اسارت زنجیرلرینی قیرماق،نه تهر یاشادیغینی و تالئیینی اؤزو بل‌لی ائتمک ایستییر.بو هر میللتین دوغال حاقی‌دیر و دونیانین هئچ بیر گوجو بو قوتسال ایسته‌یه مانه اولا بیلممیش‌دیر.

بو گون هر بیر شرف‌لی و قئیرت‌لی وطن اؤولادی آزربایجانین چیخارلارینی اؤز شخصی و منسوب اولدوغو تشکیلات و قوروم‌لارین چیخارلاریندان‌ اوستون توتا‌راق،یالنیز  وطنیمیز و تورک میللتیمیزین  منافعی نامینه و اونون خوشباخت گلجیی اوچون بیرلشمه‌لی‌دیر.بو هر کسین بوینونا دوشن ان  اساسی ایش و آجیل وظیفه‌دیر و هر کس‌دن ده بؤیوک بیر مسولیت طلب ائدیر.

آذربایجان میللی حرکاتی تامامیله موستقیل،دئموکراتیک و مدنی بیر حرکات‌دیر و نئجه کی عملده‌ده ده گؤسترمیش‌دیر،ایران آدلانان اؤلکه‌نین هئچ بیر مرکزیتچی پارتی،قوروم و ایران آدلی حرکت‌لرله هئچ بیر ایلگی و ایلیشگی‌سی یوخ‌دور.بو گون آذربایجان تورک میللتی،میللی شعور باخیمین‌دان اؤز گلیشمه‌سیله میللت-دؤولت سوییه‌سینی باشا وورموش و میللی گلوبال دوزن قایدا قانون‌لارینا اویقون اولا‌راق مودئرن و چاغداش میللت و دؤولت‌لرله چاغیمیزا اویغون دوزگون علاقه‌لرینی قورماق ایستییر.

بوتون بو قوتسال آماج‌لارا اولاشماق و اونلاری الده ائتمک اوچون قارشیمیزدا دوران ان واجیب و اساسی شرط‌لردن بیریده تشکیلاتلانماق‌دیر.بیرلشیب و تشکیلاتلانما‌دان، هئچ بیر ایش گؤرمک مومکون دئییل.هر بیر وطن سئور آذربایجان تورکو اولدوغو هر یئرده،ایشلدیگی هر ایداره و یا فابریکادا،اوخودوغو هر اوخول و اونیوئرسیتئتده، یاشادیغی هر بیر محله و یاخود کندده بیر-ایکی فیکیرداشییلا بیرلیکده سئچدیگی و بیندیگی هر پارتی و قورومون هسته‌لرینی قوروب و اونلارلا علاقه یاراتما‌لی‌دیر.

آزربایجانین بؤیوک قهرمانی اولو بابکیمیزین دوغوم گونو ارفه‌سینده،بو آجینا‌جاق‌لی دوروما سون قویوب،وطنیمیزی،میللتیمیزی بو اسارت و فارس فاشیزمی‌نین موستملکچیلیگین‌دن قورتارماق اوچون ال-اله،چیگین-چیگینه اؤز میللی قورتولوش موجادیله‌میزی دورما‌دان داوام ائتملیگیک.

بیز وطن اوغروندا،میللت یولوندا ایگیجه دؤیوش و موباریزنی اولوی بابامیز اولو بابک‌دن اؤیرنملیگیک.

بیز آشاغیدا آدی گئدن پارتی و قوروم‌لار،بابکین دوغوم گونو موناسیبتیله بوتون تورک میللتیمیزی اورک‌دن قوتلاییب و اونون فارس موستملکچی‌لیگینه قارشی و اؤز اینسانی و حاق‌لی اؤلوم-قالیم موجادیله‌سینده بؤیوک باشاری‌لار و اوغورلار دیلییریک.

عشق اولسون وطنیمیزین آزادلیغی اوغروندا تؤکولن مقدس قان‌لارا!

یاشاسین آذربایجانیمیزین قورتولوشو یولوندا برابرلیگیمیز و بیرلیگیمیز!

1- آذربایجان سوسیال دئموکرات پارتی‌سی(گونئی)- آسپ(گونئی)

2- آذربایجان اؤیرنجی حرکاتی!- آذوح

3- گونئی آذربایجان دئموکرات پارتی‌سی!- گادپ

4- گونئی آذربایجان تورک دیرچلیش تشکیلاتی

5- واهید موستقیل آذربایجان جبهه‌سی!- وماج

6- یئنی گونئی آذربایجان میللی اویانیش حرکاتی!- یئنی گاموح

28.06.2012

 

 

 

 

 

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter