English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İsrail və Fələstinlilər arasında nisbi sakitlik yaranıb

AZOH: Qəzza zolağı və onun ətrafında üç gündür ki, davam edən zorakılıqdan sonra nisbi sakitlik yaranıb.

Belə məlumatlar da var ki, hazırda Fələstin ərazisinə nəzarət edən Həməslə İsrail arasında atəşkəs barədə danışıqlara cəhd edilir.

Ötən gecə Fələstin silahlıları tərəfindən üç mərmi atılıb ki, bu da əvvəlki günlərlə müqayisədə xeyli azdır.

İsrail bu mərmi atəşlərinə cavab verməyib.

Nisbi sakitlikdə keçən gecədən sonra İsrail və Həməs bir-birlərini atəş açmamağa çağırıblar.

İsrail radiosuna müsahibəsində ölkənin müdafiə naziri Ehud Barak bildirib ki, silahlılar hücumlarını dayandırsalar, innən belə sakitlik olacaq.

Öz növbəsində Həməsin sözçüsü də deyib ki, Fələstin qruplaşmaları gərginliyin artmasında maraqlı deyillər və əgər İsrail tərəfi təcavüzü dayandırsa, onlar da sakitliyə əməl edəcəklər.

İndi hər şey Həməsin Qəzzadan atılan top mərmilərini və raketləri dayandırmaq qabiliyyətindən asılı olacaq.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter