English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئی آذربایجان قورتولوش پارتیاسی‌نین گونئیده باش وئرن زلزه‌له ایله ایلگی‌لی بیلدیریشی

Güney Azərbaycanda baş verən zəlzələdə çox sayıda vətəndaşımızın vəfat etməsi ve daha çox sayıda insanın yaralanması başda Azərbaycan Türk Milləti olaraq bütün dünyanı kədərləndirmiş və narahat etmişdir. Güney Azərbaycan Qurtuluş Partiyası olaraq bu acı hadisədən dərin kədər və üzüntü duymaqda, ölənlərə allahdan rəhmət qalanlara isə səbir və sağlıq arzılamaqdayıq. Millətimizin başı sağolsun.

İşin acı tərəfi, bölgənin zəngin qaynaqlara sahib olmasına rəğmən orada bugünə qədər kiçik belə olsa heç bir xəstəxananın qurulmamasıdır. Ehtimal ki əgər yaxınlıqlarda bir xəstəxana olsaydı bəzi vətəndaşlarımız həyatda qalabilərdi. Demək ki bəzi vətəndaşlarımız rejimin ve məntəqədəki uzantılarının ayri seçgilik siyasətinə qurban getmişdir desək yanılmamışıq.

Ən başda qardaş Türkiyə və Azərbaycanın sonra digər ölkələrin yardım etmə önərisi İran rejimi tərəfindən geri çevrilmişdir. Türk ekibi deprəmin olduğu günün sabahı yəni Şənbə gününün gecəsindən İran mərzinə yetişmiş və yardıma hazır olduğunu bildirmişdir. Ancaq giriş izni verilməmişdir. Rejim isə bölgəyə yardımda və məsələni tezliklə həlletməkdə yetərsiz qalmış və bu vətəndaşlarımızın canını artiqraq tehlükəyə salmışdır.

İşin bir başqa acı tərəfi isə zəlzələ saatlarında və ondan sonra milli(!?) televizyonların kifayət qədər məsələyə toxunmaması və onu yansıtmaması olmuşdur. Nə də olsa Suriyə və Oləmpiya Azərbaycandan önəmlidir. Keyf içində yaşayan Lubnanlı qardaşlarımızın! vasitə həlqəsi olan və muqavimət xəttinin bir parçası olan Suriyə bizdən qabaqda gəlməkdədir. Məxsusən İranın ən qədimi qəzeti olan və  Xamneyinin kontrolunda buraxılan “Keyhan” və bəzi digər qəzetlərin bu tutumunu qınayırıq.

Deprəmim orucluq və Rəməzan ayında baş verməsi, vətəndaşlarımızın oruc olaraq belənçi böyük bir sıxıntıya məruz qalmaları hadisənin daha da kədərli qılır. Oxulların açılmasına az zaman qala belənçi acı bir fəlakətin baş verməsi minlərcə uşağımızın və gəncimizin təhsilinə də təsir qoyacaqdır. İran rejimindən tezliklə bu sıxıntıları həll etməsini tələb edirik.

Zatən Sovinist Molla Rejiminin xayin siyasətlərindən törənən uluslararası embarqo və təhrimlər sonucunda, millətimiz geçim dərdinə düşmüşdür. Bu isə, başlıca az gəlirli insanlarımızın ailə qarşısında olan utandırıcı üzüntülərini artırmışdır. Bu böyük üzüntülərə bir də qurudulan Urmu Gölü`nün dərinləşən acı və yaralarını artırmaq gərəkir. Rejim, bu cinayətkar əməlilə, milyonlarca insanımızın sağlığıyla oynanmaqdadır. Bunlara bölgəmizin onlarca həll olunmamış kimlik, ekonomik, sosial vb. problemini artırsaq millətimizin nə dərəcə ağır durumda olması aydınca bəlli olar. Hələ, tam belə bir zaman içində yaşanan aci olay sırasında Rejim tərəfindən ortaya qoyulan bəlirgin anti Türk, anti Azərbaycan siyasətləri insanlarımızın dözüm sınırını daha artıq daratmaqdadır.

Son olaraq artırmalıyıq ki, gələcək İran cümhurbaşqanlığı seçgilərində bu məsələnin seçim məlzəməsinə çevrilməsi ehtimalı vardır. Belə ki, cumhurbaşqanı adayları tərəfindən təbliğatı su istifadələr Azərbaycanın deprəm vurmuş bölgələrinə də cəkiləbilər. Bu qonuda ayıq olmamız lazimdir. Heç bir zaman Türkə və Azərbaycana ürək yandırmamış birilərinin bu məsələyə yaxşı niyyətli olmasına inanmamalıyıq. Çünkü, onların görünən yaxşı niyyətlərinin altında başqa niyətlərinin də olduğunu düşünmək gərəkir. Bu isə, ən azından bölgədə səmpati qazanıb oy almaq deməkdir.

Güney Azərbaycan Qurtuluş Partiyası- Yönətim Qurulu

2012-08-12

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter