English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda “halal internet” şəbəkəsi fəaliyyətə başlayacaq

AZOH: İran rəsmisi bildirib ki, ölkədə əxlaqsız saytlardan təmizlənmiş ilk halal internet şəbəkəsi fəaliyyətə başlayacaq. Halal internet şəbəkəsini genişləndirib müsəlman və qonşu ölkələri də ona qoşmaq olar.

İranın birinci vitse-prezidentinin iqtisadi siyasət üzrə müavini Əli Ağa Məhəmmədi aprelin 15-də jurnalistlərə açıqlamasında ölkədə yaxın zamanlarda “halal internet” şəbəkəsinin istifadəyə veriləcəyini bildirib.

“Media forum” saytının məlumatına görə, Əli Ağa Məhəmmədi deyib ki, “halal internet” şəbəkəsinin işə salınması ideyasını Çində tətbiq olunan daxili internet təcrübəsindən götürüblər: “Ölkədə əxlaqsız saytlardan təmizlənmiş ilk halal internet şəbəkəsi fəaliyyətə başlayacaq. Halal internet şəbəkəsini genişləndirib müsəlman və qonşu ölkələri də ona qoşmaq olar.

Əli Ağa Məhəmmədi “daxili və halal internet”lə yanaşı beynəlxalq internetin də fəaliyyətinin davam edəcəyini vurğulayıb.

VOA

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter