English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

آذربایجان سوسیال دموکرات پارتی سی نین مهرین بیری ایله باغلی بیلدیری سی

Azərbaycan sosial demokrat partisinin(güney) Mehr ayının 1-ilə bağlı bildirisi!

1-i Mehr gününün ərəfəsindəyik.Millətlər dosdağı olan İran adlanan ölkədə, özəlliklə birinci sinifi yenicə başlayan uşaqlar,hədsiz bir sevinclə bu əziz və unudulmaz günü gözləyirlər.Bu ildə ötən illərdə olduğu kimi,müstəmləkəçi İran dövlətinin asimilasiyon siyasəti əsasında milyonlarca günahsız Azərbaycanlı türk uşaqlar,yabancı bir dil olan Fars dilində təhsil almaq məcburiyyətində olaraq Fars şovinizminin bu rasist siyasətinin qurbanı olub və səssiz bir kültürel soyqırıma məruz qalırlar.

Bu gün özəlliklə yeni təhsilə başlayan öyrəncilərin əksəriyyəti təhsilini, öz ana dillərində deyil bəlkə düşünmədikləri yabancı Fars dilində oxuduqlarından dolayı,böyük problemlərlə qarşılanıb və onlar üçün  bu başlanqıc çox çətin olur.

Fars oxullarında,İran dövlətinin rasist düşüncələri əsasında hazırlanan dərslik kitablarda,Türk milləti təhqir olub və onun tarixi tamamilə təhrif olaraq bütün sahələrdə saxtalaaşdırılır və onlar mədəniyyətsiz və vəhşi insanlar kimi göstərilirlər.Bu oxullarda, millətimizin gələcəyi olan uşaqlara,Türk dilinin geri qalmış və gəlişməmiş insanların dili,əksinə Fars dilinin gəlişmiş,gözəl və  mədəni insanların dili olduğu aşılanır.Beləliklədə Azərbaycanlı öyrəncilərin əksəriyyətinin beyinləri yavaş-yavaş və zaman içində yuvularaq,İran rejiminin asimilasiyon siyasətinə məruz qalıb,Türk kimliklərini itirib və onun təməli sayılan ana dillərinə tamamilə yabancı olurlar.Fars faşizmi Güney Azərbaycanda Türk millətinə qarşı öz asimilasiyon siyasətini oxullara gedən öyrəncilərdən başlayaraq,onların Türk kimliyinə dayanan milli-mənəvi və əxlaqi dəyələrini və bir sözlə Türk mənliyini aradan aparıb,Fars dili,mənəviyyatı və əxlaqi dəyərlərini onlara aşılayıb və sonunda Fars millətinin içində əriyərək, get-gedə tamamilə farslaşırlar.Bu oxullar 90 ildən artıqdır ki, İran dövlətinin şovinist siyasətinin aləti olub,Azərbaycanlı Türk uşaqlar başda olmaq üzrə,müstəmləkədə olan başqa millətlərində günahsız uşaqlarının Fars millətinin içində əritmə siyasətinin maşınına çevirilmişdir.

Azərbaycan və Türk düşmənçiliyindən doğan bu siyasət, qəddar Pəhləvi sülaləsinin ingiltərə tərəfindən hakimiyyətə gətirilməsindən sonra onun göstərişilə başlayıb və bu gündə onu xələf canişini olan İran İslam rejimi tərəfindən bütün şiddətilə davam etməkdədir.

Güney Azərbaycanda Fars şovinizminin apardığı bu siyasətə qarşı Türk milləti hər zaman öz haqlı etirazını bildirmiş və hər zaman Türk dilinin rəsmi olması onun önəmli və əsasi istəklərindən biri olmuşdur.Hazırda Azərbaycanın müqavimət simgəsi olan böyük qəhrəmanımız Səid Mətinpur və yüzlərcə milli fəalın,faşist İran dövlətinin qorxunc və dəhşətli işkəncəgahlarında tutuqlu olmalarının əsas nədəni, sadəcə Türk dilinin azad və rəsmi dil olmasıdır. Bu gün Təbriz başda olmaq üzrə Azərbaycanın  bütün şəhər və kəndlərində İslam rejiminə qarşı bütün etirazlarda özəlliklə Güney Azərbaycanın milli taxımı sayılan Traxtorun istisnasız bütün yarışlarında"Türk dilində mədrəsə olmalıdır hər kəsə" şüarı,Türk Millətinin istiqlaliyyəti uğrunda verdiyi mücadilənin ən acil və qısa vədəli istəklərindən biri sayılır.

Azərbaycan sosial demokrat partisi(güney),ana dilinin önəmi və onun rəsmi dövlət dili olub oxullarımızda oxunmasını,apardığı öz qutsal istiqlal mücadiləsinin ayrılmaz və vaz keçilməz bir parçası bilib və bu amaca ulaşmaq üçün bütün milli parti və qurumlarla birlikdə əl-ələ,çiyin-çiyinə bu mübarizəni davam etdirməkdədir.

Yaşasın azərbaycan!

Yaşasın Ana dilimiz!

30.06.1391(20.09.2012)

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter