English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İRAN SƏUDİYYƏ ƏRƏBİSTANINI HƏDƏLƏDİ

AZOH: Səudiyyə Ərəbistanının Bəhreynə müdaxilə etməsi bəyənilməz yenilikdir və bu məsələni yadda saxlamalıdır ki, bir gün hər hansı bəhanə ilə onun özünə hücum oluna bilər. Bunu İranın ali rəhbərinin baş müşaviri və köməkçisi general Yəhya Səfəvi deyib. Bu barədə Trend İranın tabnak.ir xəbər saytına istinadən məlumat verir.

Bəhreyndə hökumətə qarşı mitinqlər başladıqdan sonra Bəhreyn rəsmiləri Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrdən mitinq iştirakçıları ilə mübarizə aparmaq məqsədilə əlavə qüvvələr göndərməyi xahiş edib. Bundan sonra bir neçə ölkə, o cümlədən Səudiyyə Ərəbistanı Bəhreynə yüzlərlə hərbçi göndərib.

Səfəvi deyib ki, Səudiyyə Ərəbistanının Bəhreynə qüvvələr yeritməsi beynəlxalq qanunlara ziddir və Bəhreynin daxili məsələsinə hərbi müdaxilədir. "Səudiyyə Ərəbistanı qüvvələrinin Bəhreyndəki hərəkətləri insani və islami dəyərlər baxımından pislənir", - o deyib.

General əlavə edib ki, İran ordusu güclüdür, ölkə ərazisini və regionda enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə strateji region olan Fars körfəzində sabitlik yaratmaq iqtidarındadır.

TREND

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter