English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئی آذربایجان قورتولوش پارتی سی نین آداپ حاقدا بیلدیریسی

Güney Azərbaycan Qurtuluş Partiyasının

ADAPP-la bağlı bildirişi!

Faxtə xanım zəmaniyə uğurlar diləyirik.

Son illərdə Azərbaycan Milli Hərəkatının milli-insani gəlişməsilə yanaşı  verdiyi çeşidli                                                                                                            həzinələrinin dünyaya yayılmasında böyük rolu olan Faxtə xanımın çalışmaları unudulmazdır.

O, Güney Azərbaycanda pozulan insan haqlarının dünyaya yayılması uğrunda illər boyunca qazandığı uzmanlığını və kişisəl yaşamını buraxıb öz millətinin və vətəninin uluslararası səsi oldu. İranda Azərbaycan siyasi məhbuslarını savunma komitəsinin /ADAPP/ qurucusu və illər boyu başqanı olan Faxtə xanımın özəl nədənlərdən dolayı istefa etməsi bəzi inhisarçı quruplardan başqa hamını üzdü. Çünkü, Faxtə xanımın yetənəkli, bacarıqlı və çalışqan birisi olduğu bu illər boyunca özünü göstərmişdir. Sadə, səmimi və olduqca sevimli simasilə Güneyin dərdlərinin tərcümanı olan bu əziz soydaşımıza bundan sonraki yaşamında və milli-insani davasında uğurlar diləyir, biraz dinləməkdən sonra daha güclü və inamlı öz qutsal işinə dönməyi diləyirik.

Sözsüz ki, ADAPP oturuşlu və illənmiş qurumlarımızdan biridir. İnanırıq ki, qurumda olan çalışqan soydaşlarımızın bundan sonra da gərgin səyilərilə Güneyin haqlı səsi daha uca və qapsamlı alanda dünyaya yayılacaqdır.

Güney Azərbaycan Qurtuluş Partiyası olaraq bundan sonra da ADAPP-ın özgür, bağımsız bir qurum olaraq milli çalışmasını dilər, yaxın zamanda Faxtə xanımında güclü dönməsini ümid edərik.

Güney Azərbaycan Qurtuluş Partiyası /GAQP/

Yönətim Qurulu

2012-10-10

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter