اوغوزلار قوروپونون اوگاتک ایله ایلگی لی بیاناتی
گونئی آذربایجاندا گئدن میللی-سیاسی حرکاتی،توپلوموموزون ایران آدلانان فارس ایمپئریا و آغالیق رئژیمی طرفیندن پوزولان میللی حاقلارینی الده ائتمک اوچون آپاردیغی موجادیلهیه دستک اولماق،بوغولان حاق سسیمیزی دونیایا دویورماق آماجی ایله یارادیلان اولوسلاراسی گونئی آذربایجان تورکلری کونسئیی گؤزلنیلن بکلنتیلری دوغرولتماماق یولوندا اولدوغونو اوزولهرک بیلدیرمک زورونداییق.
اوغوزلار قروپو اولاراق بیان ائدیریک کی،سیاسی گوندمه ایران رئژیمینین ده بؤیوک تپکیلر وئرمهسی ایله داخیل اولان اوگاتک قروپلاشمانین،ترفلشمهنین ،معین گیزلی چئورهلرله باغیملیلیق،ان نهایت سون دؤنملر ایچیمیزه گلن "داک"لاشما کولتورونون قوربانی اولماسی یولوندا اولدوغو آرتیق دانیلماز بیر فاکتدیر.کونسئی ایکییه بؤلونموش دورومدا،قارشیلیقلی چامور آتما،قارالاما،لکهلمه و هئچ بیر ساغلام چالیشما اورتامی اولمایان قوروما چئوریلمیشدیر.
اوگاتک یاراندیغی گوندن هئچ بیر تشکیلاتی ایش تجروبهسی اولمایان شخصلرین یؤنتیمده چوخونلوق اولاراق تمسیل اولماسی،منملیک ادعاسی،قروپلاشمایا،ترفلشمهیه مئیل ائتمه،هر جور چیرکین، سیاسی اخلاقدان کنار اویونلارا گئدیلمهسی، بو کیمی دوروملارا نظارت مئکانیزماسینین اولماماسی و سورومسوزلوق قورومو بو دوروما گتیرمیش اولدوغونو توپلوموموزا بیلدیریریک.
اوغوزلار قروپو اولاراق گونئی آذربایجاندا گئدن میللی حرکات اوچون جانلارینی فدا ائدنلرین،ایشگنجهلره معروض قالانلارین،باسقی و تهدیدلره باخمایاراق اؤز حاق یولوندان بیر آددیم بئله اولسون گئری دورمایان چالیشقانلاریمیزین امیینین منیمسنیلمهسینه ایزن وئرمیجییمیزی بیان ائدیر و اوگاتک-ده سایغین،اوریی گونئی آذربایجان سئوداسی ایله دؤیونن.بو داوایا امک وئرن سویداشلاریمیزین میللی دویغولاریندان یارارلاناراق قوللانیلماسی یولوندا ایشلر گؤرولدوگونو بیان ائدیریک.
اوغوزلار قروپو اولاراق بو گونه کیمی ایچ باریشین،بیرلیگین ساغلانماسی،ساغلام چالیشما اورتامینین یارانماسی اوچون آتدیغیمیز بوتون آددیملار فایداسیز اولموشدور.بوندان سونراکی دورومدا دا اوگاتک-نین گونئی آذربایجان میللی حرکاتینا دستک اولا بیلمیجیینی،توپلوموموز اوچون فایدالی ایشلر گؤرمک دوروموندا اولمادیغینی بیلدیریرهرک اوگاتک-دان چیخدیغیمیزی بیان ائدیریک.
قروپلاشمایا .ترفلشمهیه گئدنلرین،قارشیلیقلی قارالاما ،سیاسی چیخارلاری اوچون چیرکین سیاسی اویونلار اوینایانلارین نیتلرینین بوشا چیخاجاغینی بیلدیریر و اونلاری بو یانلیش یولدان دؤنمهیه سسلییریک.
اوغوزلار قروپو 22.10.2012. ایسوئچ.گؤتئبورگ شهری.
سایغیلاریملا اوغوزلار قروپونون ایسوئچ تمسیلچیسی آیدین تقیوغلو
Oğuzlar qrupunun UGATK ilə ilgili bəyanatı
Güney Azərbaycanda gedən milli-siyasi hərəkatı,toplumumuzun İran adlanan fars imperiya və ağalıq rejimi tərəfindən pozulan milli haqqlarını əldə etmək üçün apardığı mücadiləyə dəstək olmaq,boğulan haqq səsimizi dünyaya duyurmaq amacı ilə yaradılan Uluslarası Güney Azərbaycan Türkləri Konseyi gözlənilən bəkləntiləri doğrultmamaq yolunda olduğunu üzülərək bildirmək zorundayıq.
Oğuzlar qrupu olaraq bəyan edirik ki,siyasi gündəmə İran rejiminin də böyük təpkilər verməsi ilə daxil olan UGATK qruplaşmanın,tərəfləşmənin ,müəyyən gizli çevrələrlə bağımlılıq,ən nəhayət son dönəmlər içimizə gələn "DAK"laşma kültürünün qurbanı olması yolunda olduğu artıq danılmaz bir faktdır.Konsey ikiyə bölünmüş durumda,qarşılıqlı çamur atma,qaralama,ləkələmə və heç bir sağlam çalışma ortamı olmayan quruma çevrilmişdir.
UGATK yarandığı gündən heç bir təşkilati iş təcrübəsi olmayan şəxslərin yönətimdə çoxunluq olaraq təmsil olması,mənəmlik iddiası,qruplaşmaya,tərəfləşməyə meyl etmə,hər cür çirkin, siyasi əxlaqdan kənar oyunlara gedilməsi, bu kimi durumlara nəzarət mekanizmasının olmaması və sorumsuzluq qurumu bu duruma gətirmiş olduğunu toplumumuza bildiririk.
Oğuzlar qrupu olaraq Güney Azərbaycanda gedən Milli Hərəkat üçün canlarını fəda edənlərin,işgəncələrə məruz qalanların,basqı və təhdidlərə baxmayaraq öz haqq yolundan bir addım belə olsun geri durmayan çalışqanlarımızın əməyinin mənimsənilməsinə izn verməyəcəyimizi bəyan edir və UGATK-də sayğın,ürəyi Güney Azərbaycan sevdası ilə döyünən.bu davaya əmək verən soydaşlarımızın milli duyğularından yararlanaraq qullanılması yolunda işlər görüldüyünü bəyan edirik.
Oğuzlar qrupu olaraq bu günə kimi iç barışın,birliyin sağlanması,sağlam çalışma ortamının yaranması üçün atdığımız bütün addımlar faydasız olmuşdur.Bundan sonrakı durumda da UGATK-nın Güney Azərbaycan Milli Hərəkatına dəstək ola bilməyəcəyini,toplumumuz üçün faydalı işlər görmək durumunda olmadığını bildirirərək UGATK-dan çıxdığımızı bəyan edirik.
Qruplaşmaya .tərəfləşməyə gedənlərin,qarşılıqlı qaralama ,siyasi çıxarları üçün çirkin siyasi oyunlar oynayanların niyyətlərinin boşa çıxacağını bildirir və onları bu yanlış yoldan dönməyə səsləyirik.
Oğuzlar qrupu 22.10.2012. İsveç.Göteborg şəhəri.
Sayğılarımla Oğuzlar qrupunun İsveç təmsilçisi Aydın Təqioğlu