English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İranda hakimiyyət mübarizəsi

AZOH: İran Prezidenti Mahmud Əhmədinejad kəşfiyyat naziri Heydar Moslehini işinə bərpa etmək üçün daxili təzyiqlərlə üzləşməkdədir.

Cənab Əhmədinejad cənab Moslehinin istefasını bazar günü qəbul edib, ancaq Ali dini lider Əli Xameneyi dərhal onun işində qalmasına əmr verib.

İran parlamentinin 290 deputatının üçdə ikisindən artıq bir hissəsi çərşənbə günü cənab Əhmədinejadın bu əmrə itaət etməsinə çağıran bəyanat imzalayıb.

Təhlilçilər deyir ki, İran ruhaniləri cənab Əhmədinejadın həddindən artıq hakimiyyətə sahib olduğunu düşünürlər.

Kəşfiyyat nazirinin dəyişdirilməsi... ölkənin maraqlarında deyil, dövlət radiosu ilə oxunan bəyanatda belə deyilir.

"Siz liderin dediklərinə əməl etməlisiniz...kəşfiyyat nazirini dəstəkləməlisiniz" - AP xəbərlər agentliyinin tərcümə etdiyi bəyanat mətnində belə deyilir.

Xameneyi ilə narazılıq

Rəsmi səbəblər verilməsə də, nazirin işdən çıxarılmasının daxili hakimiyyət mübarizəsinin növbəti işarəsi olduğu deyilir.

Müxbirlər bildirir ki, cənab Moslehi cənab Əhmədinejadın inanılmış adamı Esfandiar Rahim Maşaeyə yaxın rəsmini işdən çıxardıqdan sonra özü işdən azad olunub.

Prezidentin qızı ilə evli olan cənab Maşaei İranın sərt xətt-tərəfdarlarını öz bəyanatları ilə qəzəbləndirmişdi.

2009-cu ilin mübahisəli seçkilərindən az sonra cənab Əhmədienjad ali dini liderin cənab Maşaeni vitse-prezident təyin etməmək təzyiqinə baş əymişdi.

Hazırkı gərginlik cənab Əhmədinejad və Ayətulla Xameneyi arasında uçurumun genişləndiyini göstərir. İkinci, prezidentin uzaqgedən ambisiyalarından məmnun olmadığını nümayiş etdirib.

Ancaq İran prezidentinin nüfuzlu tərəfdarları var. Onların arasında İranın nüvə proqramı və neft sənayesi kimi həlledici sahələrə nəzarət edən İnqilab Keşikçiləri də vardır.

BBC

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter