English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Azərbaycandan Qara dənizə yeni neft kəməri çəkiləcək

AZOH: Azərbaycan milli iqtisadiyyatının balanslaşdırılması siyasəti həyata keçirsə də, neft-qaz sahəsində investisiya layihələri ölkə iqtisadiyyatı üçün hələ uzun müddət prioritet məsələlərdən biri olaraq qalacaq.

Bunu Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov Bakıda jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, yaxın illərdə ölkə ərazisindən neft tranzitinin artması ilə əlaqədər olaraq yeni neft kəmərinin tikintisi nəzərdə tutulur.

Nazir müavini bildirib ki, Xəzər dənizi regionunda neft hasilatı 2015-ci illərədək müvafiq olaraq 100-150 milyon tona çatacaq: "Bu səbəbdən 2025-ci ilədək regionda yeni neft kəmərinin tikintisi və ümumi tutumu 80 milyon tona qədər artırılmasını nəzərdə tutan yeni neft nəqli marşrutlarının yaradılması nəzərdə tutulur".

Nazir müavini bildirib ki, xüsusilə Azərbaycan ərzasindən tranzit olaraq nəqli nəzərdə tutulan neftin həcminin ümumi olaraq 25-60 milyon ton artırılması nəzərdə tutulur: "Bununla bağlı Azərbaycandan Qara dənizə yeni neft kəməri çəkilməsi planlaşdırılır".

SHERQ

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter