English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TATLISƏS NAMİZƏDLİYİNİ GERİ GÖTÜRÜB

AZOH: Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs parlament seçkiləri üçün irəli sürdüyü namizədliyini geri götürüb.

Tatlısəs səhhətində olan problemləri irəli sürərək ölkəyə lazımi qədər xidmət edə bilməyəcəyi üçün bu addımı atdığını deyib: “Səhhətimdəki problemlərə görə ölkəmə və millətimə millət vəkili kimi xidmət edə biləcəyimdən əmin olmadığım üçün namizədliyimi geri götürürürəm. Türkiyə Cumhuriyyətinin vətəndaşı kimi sağaldıqdan sonra ölkəmə və millətimə lazımi xidməti göstərəcəyimə namusum və şərəfim üstünə and içirəm.

Bundan başqa müğənni xəstəxanada müalicə olduğu vaxt ona mənəvi dəstək verən Baş nazirə və Şanlıurfa sakinlərinə təşəkkür edib: “Başıma gələn mənfur hücumdan sonra mənəvi dəstəyini əsirgəməyən baş nazirimizə təşəkkür edirəm və keçiriləcək parlament seçkisində ona uğurlar arzulayıram. Məni tək qoymayan, həmişə mənə sahib duran, məndən dualarını əsirgəməyən sevənlərimə və Şanlıurfa sakinlərinə də təşəkkür edirəm”.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter