English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

TÜRKİYƏDƏ SABİQ MİLLƏT VƏKİLİ ÖLDÜRÜLÜB

AZOH: Türkiyədə Ana Vətən Partiyasının (ANAP) sabiq millət vəkili Mehmet Gedik silahlı hücum nəticəsində öldürülüb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə Bursa vilayəti Mudanya rayonundakı restoranlardan birində sabiq deputat dostları ilə birlikdə futbola baxarkən baş verib. Mehmet Gediklə qonşu masada oturan şəxs arasında naməlum səbəbdən mübahisə olub. Mübahisənin böyüməsi ilə M.A.Ş. Mehmet Gediki silahla güllələyərək öldürüb. Cinayəti törədən şəxs isə polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, 1953-cü ildə Trabzon vilayətinin Çaykara rayonunda dünyaya gələn Mehmet Gedik 8-ci prezident mərhum Turqut Özalın qurduğu ANAP-dan 1987 – 1995-ci illərdə 18 və 19-cu çağırış millət vəkili olub.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter