English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گادپ-نین 26 آذرله باغلی بیاناتی

GADPnın bildirişi

17 dekabr1946-ci il Azəbaycan Türkünün soyqırımı

26 Azər 1946 soyqırımı ilə bağlı İran rejimi üzr istəməli və suçlular yarğılanmalıdır.

Dəyərli vətəndaşlar!

26 Azər (17 Dekabr) Güney Azərbaycanın işğal olunması və soyqırıma məruz qaldığının simbolik günüdür.66 İl öncə Fars şovinist rejimi Güney Azərbaycanda keçirilən seçkilərə nəzarət etmək bəhanəsı ilə qanlı faciələr törətmiş və insaniyyətə qarşı böyük cinayətlər qullanmışdır.

Irqçı faşistlər in bu qanlı cinayəti sonucunda 30 mindən çox günahsız insanımız öldürülmüş (yalnız Ərteşbud Ferdosun yazdığına görə 3500 nəfər edam edilmişdir), on minlərlə soydaşımız yaralanmış və yüz mindən çox azərbaycanlı öz ana torpaqlarından didərgin salınmışdır.

26 Azər 1946-cı ildə bu amansız cinayətlər yetməmiş, 100 minlərlə Türkcə kıtablar yandırılmışdır. Bir millətin ana dilində yazılı qalaq- qalaq yandırılan kıtabları , bir millətin tarixdən silinib məhv edilməsi yolunda Azərbaycan Türkünə və bütünlükdə bəşəriyyətə qarşı açıq bir cinayət və suç olmuşdur.

Dünyada ilk soyqırım qavramı ikinci dünya savaşından həmən sonra 1947-ci ildə Almaniyada Nürnberq prosesesində alman nazıszminin törətmiş olduğu soyqırımla başlanmışdı.

Nürnberq prosessində ilk dəfə insanlığa qarsı işlənən suçlar uluslararası suç sayıldı.

Tarıxdə bir ilkə daha imza atan bu məhkəmə ,bir dövlətin öz vətandaslarına qarşı işlədiyi suçlardan dolayı öz ölkəsində və ya uluslararası məhkəmə quruluşlarında yarğılanma imkanı eldə edildi.

Nürnberq uluslararası anlaşmasında , bir irki,milləti və ya dini topluluğun bir bölümün fiziksəl və ruhsəl isgəncə ilə yox etmək,planlamaq,yönləndirmək və ya yox etmək üçün çaba göstərmək insaniyyətə qarşı suç sayıldı.

Dəyərli vətəndaşlar

Bugün ermənilər 1915 -ci ildə dirnaq arası soyqırımı güclü diploması ilə dünyada tanıtdırmaqda çoxlu başarılar əldə etmişdirlər.

2011-cı ilin dekabrında Holland iya dövləti ,1947də Rawagadada yüzlə insanın edami üçün üzr istədi.

2011-ci ilin noyabrında Türkiyənin baş nazırı 1937-ci ildə Dərsimdə Ələvilərə qarşı tökülən qanlar üçün üzr istədi və dövlətin bayganı sənədlərin ələni olunması üçün işlər görünməkdədir

Və..

1946-cı ilin dekabrında Güney Azərbaycanda millətimizə qarşı işlənən soyqırım daha dəhşətli və tarixi cinayətlərdir ,kimsə bunları unuda bilməz və ünütmağa mənəvi haqqı yoxdur.

Fars rejimi millətimizdən üzr istəməsi və olmuş ya qalmış suçluların məhkəmələrdə yarqılanmaların tələb etməsi gündəlik mübarizəmizin bir bölümü olmalıdır .

Fars rasist ordusunun əli ilə qətl etdirilən bütün insanlarımızın anısını sayğı yad edərək, inanırıq ki, 1946-ci il dekabr ayında törədilən Güney Azərbaycan soyqırımı faciəsinin gerçək böyütlarını dünya ictimaiyyətınə çatdıraraq, məhkum edilməsi, bu vəhşiliklərin təkrar olunmasının qarşısın ala biləcək. Bu üzdən Azərbaycan siyası- ictimai quruluşlarından bu məsələnı uluslararası məhkəmələrə daşımaqlarını tələb edirik.

Güney Azərbaycan Demokrat Partiyası(GADP)

2012.12.17

26 آذر 1946 سویقیریمی ایله باغلی ایران رئژیمی عذر ایستمه‌لی و سوچ‌لولار یارغیلانما‌لی‌دیر.

دیرلی وطنداش‌لار!

26 آذر (17 دئکابر) گونئی آزربایجانین ایشغال اولونماسی و سویقیریما معروض قالدیغی‌نین سیمبولیک گونودور.66 ایل اؤنجه فارس شووینیست رئژیمی گونئی آذربایجاندا کئچیریلن سئچکی‌لره نظارت ائتمک بهانسی ایله قان‌لی فاجعه‌لر تؤرتمیش و اینسانیته قارشی بؤیوک جینایت‌لر قوللانمیش‌دیر.

ایرقچی فاشیست‌لر این بو قان‌لی جینایتی سونوجوندا 30 مین‌دن چوخ گوناه‌سیز اینسانیمیز اؤلدورولموش (یالنیز ارتئشبود فئردوسون یازدیغینا گؤره 3500 نفر اعدام ائدیلمیش‌دیر)، اون مین‌لرله سویداشیمیز یارالانمیش و یوز مین‌دن چوخ آذربایجان‌لی اؤز آنا تورپاقلاریندان‌ دیدرگین سالینمیش‌دیر.

26 آذر 1946-جی ایلده بو آمان‌سیز جینایت‌لر یئتممیش، 100 مین‌لرله تورکجه کیتاب‌لار یاندیریلمیش‌دیر. بیر میللتین آنا دیلینده یازی‌لی قالاق- قالاق یان‌دیریلان کیتاب‌لاری ، بیر میللتین تاریخ‌دن سیلینیب مهو ائدیلمه‌سی یولوندا آذربایجان تورکونه و بوتونلوکده بشریته قارشی آچیق بیر جینایت و سوچ اولموش‌دور.

دونیادا ایلک سویقیریم قاورامی ایکینجی دونیا ساواشین‌دان همن سونرا 1947-جی ایلده آلمانیادا نورنبئرق پروسئسئسینده آلمان نازیسزمی‌نین تؤرتمیش اولدوغو سویقیریملا باشلانمیشدی.

نورنبئرق پروسئسسینده ایلک دفعه اینسانلیغا قارسی ایشلنن سوچ‌لار اولوسلاراراسی سوچ ساییلدی.

تاریخده بیر ایلکه داها ایمضا آتان بو محکمه ،بیر دؤولتین اؤز وتانداس‌لارینا قارشی ایشلدیگی سوچ‌لاردان دولایی اؤز اؤلکه‌سینده و یا اولوسلاراراسی محکمه قورولوش‌لاریندا یارغیلانما ایمکانی ائلده ائدیلدی.

نورنبئرق اولوسلاراراسی آنلاشماسیندا ، بیر ایرکی،میللتی و یا دینی توپلولوغون بیر بؤلومون فیزیکسل و روهسل ایسگنجه ایله یوخ ائتمک،پلانلاماق،یؤنلن‌دیرمک و یا یوخ ائتمک اوچون چابا گؤسترمک اینسانیته قارشی سوچ ساییلدی.

دیرلی وطنداش‌لار

بوگون ائرمنی‌لر 1915 -جی ایلده دیرناق آراسی سویقیریمی گوج‌لو دیپلوماسی ایله دونیادا تانیت‌دیرماقدا چوخ‌لو باشاری‌لار الده ائتمیش‌دیرلر.

2011-جی ایلین دئکابریندا هوللاند یا دؤولتی ،1947ده Rawagadada یوزله اینسانین اعدامی اوچون عذر ایسته‌دی.

2011-جی ایلین نویابریندا تورکییه‌نین باش نازیری 1937-جی ایلده درسیمده الوی‌لره قارشی تؤکولن قان‌لار اوچون عذر ایسته‌دی و دؤولتین بایگانی سندلرین النی اولونماسی اوچون ایشلر گؤرونمکده‌دیر

و..

1946-جی ایلین دئکابریندا گونئی آذربایجاندا میللتیمیزه قارشی ایشلنن سویقیریم داها دهشت‌لی و تاریخی جینایت‌لردیر ،کیمسه بون‌لاری اونودا بیلمز و اونوتماغا منوی حاقی یوخ‌دور.

فارس رئژیمی میللتیمیزدن عذر ایستمه‌سی و اولموش یا قالمیش سوچ‌لولارین محکمه‌لرده یارقیلانما‌لارین طلب ائتمه‌سی گونده‌لیک موباریزه‌میزین بیر بؤلومو اولما‌لی‌دیر .

فارس راسیست اوردوسونون علی ایله قتل ائتدیریلن بوتون اینسان‌لاریمیزین آنی‌سینی سایغی یاد ائده‌رک، اینانیریق کی، 1946-جی ایل دئکابر آییندا تؤره‌دیلن گونئی آذربایجان سویقیریمی فاجعه‌سی‌نین گئرچک بؤیوت‌لارینی دونیا ایجتیمایتینه چات‌دیرا‌راق، محکوم ائدیلمه‌سی، بو وحشی‌لیک‌لرین تکرار اولونماسی‌نین قارشی‌سین آلا بیله‌جک. بو اوزدن آذربایجان سیاسی- اجتماعی قورولوشلاریندان‌ بو مسئلنی اولوسلاراراسی محکمه‌لره داشیماق‌لارینی طلب ائدیریک.

گونئی آذربایجان دئموکرات پارتیاسی(گادپ)

2012.12.17

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter