English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

گونئی آذربایجان سوسیال دئموکرات پارتی‌سی‌نین 1خورداد قیامی‌ ایلدؤنومو موناسیبتی ایله باغلی بیلدیریشی

Dəyərli yurddaşlar!

Güney Azərbaycanda Türk millətinin fars şovinizmi və faşist İran dövlətinin yürütdüğü 90 illik müstəmləkəçilik siyasətinə qarşı apardığı milli azadlıq və qurtuluş mübarizəsində özünə xas və layiqli yeri olan "22 May" (1 Xurdad) qiyamının 7-ci ildönümünün ərəfəsindəyik. Bu gün cinayətkar və qatı irqçı İran islam dövlətinin rəsmi orqanı olan "İran" qəzetəsinin millətimizə qarşı  alçaqcasına, həm də qeyri-insani şəkildə etdiyi iyrənc tohin və çirkin təhqirlərinə məntiqi reaksiya və kəskin bir cəvab olaraq Azərbaycanda bütün  kütlənin  ayaqlanıb etiraz etməsi böyük bir milli qiyamın yaranmasına səbəb olmuşdur.

Bu qiyam elə bir dövrə təsadüf etmişdir ki, millətlər zindanı olan İran adlanan ölkədə, fars faşizminin təmsilçisi olan İslam rejimi neçə il bundan öncə rejimə qarşı məhdud və kiçik ölçüdə və əsasən Təbriz və Tehranda baş verən öyrəncilərin etirazı hərəkatını basdırdıqdan sonra, ölkənin hər yerində ölüm sükutini hakim etdirmişdir. Güney Azərbaycanın başkəndi  Təbriz başda olmaq üzrə Urmu, Ərdəbil, Zəncan, Xoy, Sulduz, Qoşaçay, Marağa, Makı, Mərənd,  Xiyov və 30-dan artıq şəhər və hətta bir çox qəsəbə və kəndlərində milyonlarla insanın iştirak etdiyi və  iki həftə boyunca davam edən izdihamlı nümayiş və kütləvi etirazlara qarşı İran dövləti güc uyqulamışdır. Ümumiyyətlə fars bölgələrindən gətirilmiş özəl əsgəri birliklərin odlu silahlarla açdığı atəş nəticəsində, onlarca günahsız soydaşımız öldürülmüş və çox sayda  insanın yaralanıb yaxud yaxalanaraq zindan və ağır işkəncələrə məruz qalmış və beləliklə də bu qiyam vəhşicəsinə yatırılmışdır.

22 May qiyamının kökündə üzdə "İran" qəzetəsinin Türk millətinə qarşı nifrət dolu etdiyi tohinlər və yağdırdığı iyrənc və qeyri-əxlaqi təhqirlər olsada gərçək budur ki, bu  qiyamın başlıca səbəbi və onun təməlində dayanan əsas amil, fars faşizmi və İran-fars dövlətinin 90 il boyunca Güney Azərnaycanda millətimizə qarşı müstəmləkəçiliyə dayanan apardığı asiimilə siyasəti ilə yanaşı, bütün ictimai, iqtisadi, mədəni və siyasi sahələrdə ayrıseçkiliklər, eləcədə heç bir məram, məslək, məzhəb və insanlığa sığmayan törətdiyi zülmlər, dəhşətli cinayətlər və hər tərəfli basqılar olmuşdur. Bu səbəb və amillər heç  dəyişmədən nə inki qalmaqdadır, bəlkə bu qiyam vəhşicəsinə basdırıldıqdan sonra İran islam dövlətinin dahada  neçə qat zülm, cinayət və bir sözlə onun bir dəfəlik məhv etmə siyasətinə məruz qalmışdır. Necə ki, Urmu gölünü bilərəkdən qurutmaqla bizi bir millət kimi və vətənimiz Azərbaycanı bir ölkə və bir coğrafiyayi məkan kimi  məhv etməkdə əlindən gələn hər rəzalət və vəhşilikdən əsirgəmir.

22 May qiyamı, İran adlanan ölkədə İslam rejiminə qarşı xalq müsəlman hərəkatından sonra ən böyük kütləvi etiraz hərəkatı olaraq rejimin içində böyük qorxuya səbəb olmuşdur. Güney Azərbaycanda milyonlarla Türkün İran islam rejiminə qarşı  etirazı, Amerika başda olmaq üzrə Qərb dövlətləri, Rusiya, eləcədə dünya ictimaiyyəti tərəfindən görməməzlikdən gəlib tam laqeydliklə qarşılansada onlar, Güney Azərbaycan gərçəyini ort-basdır edib 35 milyon türkün varlığını gizlədə bilmiyəcəklər və tez-gec bu məsələ ilə hesablaşmalı olacaqlar.

22 May qiyamı Azərbaycan Türk millətinin gücünü və onun birləşib bir yumuruq olursa nələrə qadir olduğunu açıqcasına göstərdi. Bu qiyamın nəticəsində, rejim az da olsa geri çəkilməyə məcbur qalmış və "İran" qəzetəsini geçici də olsa qapadılmasına qərar vermiş və təhqir dolu yazının   yazıçısı olan "Manisa Neystani"ni işindən uzaqlaşdırmağa məcbur qalmışdır.

Amma nədən bu böyük qiyam və milyonlarla insanı küçələrə çıxarıb və rejimi ölüm qorxusuyla qarşı-qarşıya gətirən belə bir möhtəşəm hərəkətin davamı mümkün olmamış və hətta ən kiçik və ilkin istəklərini əldə etmədən yatırılmışdır. Bu məsələni ancaq bu qiyamda siyasi qurum və partilərin rolunun olduqca zəyif və az olması və bütövkükdə hərəkatı yönəldə biləcək güclü və vahid bir cəbhə və yaxud bir birliyin olmamasıyla iyzah etmək olar.

Bu gün Azərbaycan milli hərəkatının qarşısında duran ən acil və zəruri məsələlərdən biri bütün milli parti və qurumlarımızın vahid bir platform   əsasında bir cəbhədə birləşərək böyük bir gücə çevrilməsidir. Birləşib vahid bir güc olmadan heç bir istəyimizə nayil ola bilmiyəcəyik.

Yaşasın 22 May qiyamının böyük xatirəsi!

Eşq olsun Azəbaycanın azadlığı və qurtuluşu uğrunda canlarını qurban verən bütün qəhrəmanlarımıza!

Yaşasın birlik və bərabərliyimiz!

Güney Azərbaycan Sosial Demokrat partisi!

21.05.2013

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter