Təbrizli fəal karantin korpusuna köçürülüb
AZOH: Yeddi aydan çoxdur Tehrandakı Evin zindanında saxlanılan azərbaycanlı "Facebook" fəalı Haniyə Fərşi Şotorban karantin korpusuna köçürülüb. Bu korpusda kollektiv şəkildə saxlanılan məhbus qadınlar daha çox məhdudiyyətlə üzləşir, açıq havada gəzmək, ailələriylə telefon əlaqəsi saxlamaq və onlarla görüşmək hüququndan məhrum edilirlər. Haniyə Fərşi Şotorbanı "Ettelaat"ın Təbriz şöbəsinin əməkdaşları 2010-cu il iyul ayının sonunda evindən tutub aparmışdılar. Evdə axtarış aparılmış, Haniyəyə məxsus kompüteri, CD-ləri, mobil telefonu və bir sıra digər əşyaları götürülmüşdü. Haniyə bir müddət "Ettelaat"ın Təbriz şöbəsində saxlanılıb, sonradan Tehrandakı Evin zindanına köçürülüb. Haniyə internetdəki "Facebook" ictimai şəbəkəsində yaydığı yazılarında müqəddəsləri təhqir etməkdə və əcnəbilərlə əlaqədə günahlandırılır.
Olaylar