English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Cənubi Azərbaycanın görkəmli şairi Haşim Tərlan 91 yaşında vəfat edib

1945-46-cı illərdə güneydə qurulmuş Azərbaycan Milli Hökümətinin iştirakçılarından biri olmuş dövrünün Şairlər Məclisinin görkəmli üzvü Haşim Tərlan dünən noyabrın 16-da Tehranda vəfat edib.hashim_terlan

Mərhuma yaxın olan yazarlar tərəfindən idarə edilən İşıq veb səhifəsinin məlumatına görə, məşhur şair bu gün noyabrın 17-də Tehranın Behşt Zəhra məzarlığında torpağa tapşırılıb.

İşıq saytında deyilir ki, 1923-cü ildə Bakı yaxınlığında yerləşən bir kənddə güneydən Arazın o tayına köçmüş bir ailədə dünyaya gələn Mirəli Mirəlizadə (Haşim Tərlan) 1945-46 illərdə Seyyid Cəfər Pişəvərinin öndərliyində qurulmuş Azərbaycan Milli Hökümətində iştirak edib.

Həmin illərdə Vətən Yolunda kimi qəzetlərdə yazan ədəbiyyat xadimi milli hökümət devrildikdən sonra da ədəbi yaradıcılıq və demokratik mübarizəsinə davam edib.

Mərhum Tərlanın bir çox əsəri, o cümlədən Alavlı Şeirlər, Durnalar Gələndə, Araz Gülür, Yolçu Yolda Gərək, Gümüşü Pencək və Zirvədə Günəş kimi kitablar Tehran və Bakı şəhərlərində işıq üzü görüb.

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter